Tapılan ümumi test sayı : 28

"Təbrizin ətrafı dağdı, meşədi,
İçində oturan bəydi, paşadı,
Səkkiz min məhəllə, beş min guşədi,
Çarşusu, bazarı, yolu Təbrizin."
Şer hansı dastandandır?
A) "Şah İsmayıl"
B) "Abbas və Gülgəz"
C) "Əsli və Kərəm"
D) "Tahir və Zöhrə"
E) "Aşıq Qərib"
Bunlardan biri 1850-1870-ci illərin ədəbi-mədəni hadisələrindən sayıla bilməz:
A) faciə janrının yaranması
B) yeni tipli bədii nəsrin əsasının qoyulması
C) milli mətbuatın yaranması
D) ədəbi məclislərin çoxalması
E) dramaturgiyanın yaranması
Bu tarixi şəxsiyyətlərdən biri "Qan içində" romanında iştirak etmir:
A) İbrahimxəlil xan
B) Molla Pənah Vaqif
C) Nəsrəddin şah
D) İkinci İrakli
E) Ağa Məhəmməd şah Qacar
Mətndə hansı bədii ifadə vasitəsi işlənmişdir?
Sözümü anla mənim, sözümü dinlə, atam Qazan!
Sağına baxdın, qah-qah güldün,
Soluna baxdın, çox sevindin.
Qarşıya baxdın, məni görüb ağladın.
A) bədii təzad
B) metafora
C) litota
D) metonimiya
E) mübaliğə
Bu şairin şerlərinin əsas mövzusu qəhrəmanlıq və igidliyin tərənnümü, nikbinlik və sevinc hisslərinin ifadəsidir:
A) İ.Nəsimi
B) S.Ə.Şirvani
C) Q.Bürhanəddin
D) M.V.Vidadi
E) S.Ə.Nəbati
Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasına daxil olan mənzum hekayələrdən hansına "Doğru sözə zaval yoxdur, doğru sözü danmaq, gizlətmək olmaz" qənaətinə gəlinir?
A) "Süleyman və əkinçi"
B) "Zalım padşahla Zahidin dastanı"
C) "Nuşirəvan və bayquşların söhbəti"
D) "Sultan Səncər və qarı"
E) "Kərpickəsən qocanın dastanı"
"Aldanmış kəvakib" povestində vəzir Mirzə Möhsünü , müstövfi Mirzə Yəhyanı, sərdar Zaman   xanı...    danışdırmaqda  M.F.Axundzadənin əsas məqsədi nə idi?
A) Dövlət məmurlarının Şah Abbasa hədsiz sədaqətini göstərmək.
B) Saray adamlarının ölkənin gələcəyi ilə bağlı narahatlığını təsvir etmək.
C) Ölkənin müdafiəsinin səriştəsiz, hərbi işdən xəbərsiz adamlara tapşırıldığını göstərmək.
D) Dövlət başçılarının ölkənin abadlığına fikir vermədiklərini göstərmək.
E) Özünüifşa yolu ilə Şah Abbasın dövlət aparatının gülünclüyünü göstərmək.
"Qız anadan görməyincə öyüd almaz",
"Oğul atadan görməyincə süfrə yaymaz" - 
atalar sözləri hansı şifahi xalq ədəbiyyatı nümunəsində işlədilmişdir?
A) "Abbas və Gülgəz" dastanı
B) "Məlikməmməd" nağılı
C) "Kitabi-Dədə Qorqud" dastanı
D) "Koroğlu" dastanı
E) "Aşıq Qərib" dastanı
Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcıığı üçün ortaq cəhət:
A) həm əruz vəznində, həm də heca vəznində şerlərin yazılması
B) həm nəzmlə, həm də nəsrlə bədii əsərlərin yazılması
C) hər ikisinin fars dilində də divan yaratması
D) həm elmi, həm də bədii əsərlərin yazılması
E) həm lirik, həm də epik əsərlərin yazılması
M.Ə.Sabir satiralarında ən çox hansı ifşa üsulundan istifadə edilmişdir?
A) birbaşa müəllif tənqidi
B) dialoq və ya məktublaşma yolu ilə ifşa
C) sözün tərsini demək
D) satirik monoloq (tipi öz dili ilə danışdırmaq)
E) incə yumorlu gülüş
Hansı cümlədə "kitab" sözü təsirlik haldadır?
A) Kitabı evdə qalıb.
B) Kitab bilik mənbəyidir.
C) Çox kitab oxumaq insanın məlumatını artırır.
D) Dostum kitab həvəskarıdır.
E) Bu, maraqlı kitabdır.
Cümlələrdən birində feli sifət tərkibi işlənmişdir:
A) Öz səadətini başqasının bədbəxtliyi üzərində quranı hamı lənətləyər.
B) Hamı sakitcə dayanıb hörmətli qonağı gözləyirdi.
C) Baxmalı sənədlər çoxdur.
D) Gördüyümüz iş hamını sevindirdi.
E) Oxunacaq kitabları ayrıca bir rəfə yığdı.
Sözlərdən yalnız biri Azərbaycan dilinin iltisaqiliyi prinsipinə uyğundur:
A) baməzə
B) xəlqi
C) sevincli
D) bivəfa
E) dünyəvi
Feli xəbərli cümləni göstərin:
A) Hər tərəf tərtəmiz idi.
B) Anam dostumu öz balası kimi sevirdi.
C) Gələn uşaqların anasıdır.
D) Görünən yaraşıqlı ev bizimdir.
E) Müşfiq xalqımızın böyük şairidir.
Cümlələrin ikisində ara sözlər işlədilmişdir:
1. Oğlum, el harada, sən də orada.
2. O, bir el vurğunu, el aşiqiydi.
3. Atalar deyiblər: "Haradan incələr, oradan üzülər".
4. Necə deyərlər, niyyətin hara, mənzilin ora.
5. Bəlkə, öz işindən peşmandır, o da.
A) 4, 5
B) 1, 5
C) 3, 4
D) 2, 3
E) 1, 2
"Mən evədək piyada getdim" cümləsində qoşma hansı mənanı bildirir?
A) istiqamət
B) məsafə
C) zaman
D) fərqləndirmə
E) səbəb-məqsəd
"Vəsait" sözünün fonetik təhlili ilə bağlı düzgün fikiləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənir
2. vurğusu ikinci hecaya düşür
3. ahəng qanunu gözlənilib
4. sözdə iki kar samit: [s], [t] və iki cingiltili samit [v], [y] işlənib
5. saitlərin ikisi açıq, biri qapalıdır
A) 3, 4
B) 1, 4, 5
C) 1, 3, 5
D) 1, 2
E) 2, 5
"Qapını döyürlər" əvəinə "qapını vururlar" ifadəsi işlətsək, ədəbi dilin hansı norması  pozulmuş olar?
A) leksik və fonetik
B) qrammatik və fonetik
C) fonetik
D) qrammatik
E) leksik
Mətndəki əvəzlik hansı nitq hissəsinin yerində işlənmişdir?
Kimsə təkbaşına dünyanı udmaz,
Yalqız bir insanın şahlığı tutmaz.
A) isim
B) fel
C) sifət
D) say
E) zərf
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. diaoloji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
5. feli tərkiblərlə müqayisədə tabeli mürəkkəb cümlələrin daha çox işlədilməsi
A) elmi
B) bədii
C) rəsmi-işgüzar
D) məişət
E) publisistik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top