Tapılan ümumi test sayı : 28

"Əhməd yavaş-yavaş qapıya yaxınlaşdı" cümləsində altından xətt çəkilmiş sözün qrammatik təhlilində səhv haradadır?
A) cümlənin təyinidir
B) aid olduğu sözə yanaşma əlaqəsi ilə bağlanıb
C) tərzi-hərəkət zərfidir, necə? sualına cavab verir
D) eyni sözün təkrarı ilə yaranmışdır
E) quruluşca mürəkkəb zərfdir
Hansı cümədəki fel məchul növdədir?
A) Tapşırığa əməl olundu.
B) Ürəyim həyəcanla döyündü.
C) Körpə gülümsündü.
D) Lövhə silindi.
E) Onun sözü mənə yaman toxundu.
"Bizim kəndin vəziyyəti elədir ki, orada hər şey qurub-yaratmaq olar" tabeli  mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin.
A) mübtəda budaq cümləsi
B) təyin budaq cümləsi
C) yer budaq cümləsi
D) tərzi-hərəkət budaq cümləsi
E) xəbər budaq cümləsi
Yalnız kar samitlərin iştirak etdiyi sözü göstərin.
A) qurğu
B) fakt
C) paxla
D) səkkiz
E) fabrik
Hansı bənddəki sözlərin hər birində iki leksik şəkilçi işlənib?
A) bacardığı, vəziyyətinə, yaşadılar
B) əkinçilər, böyüklük, duzsuzluqdan
C) tərifləyir, vəfasız, görəndə
D) göndərdiyi, yazılı, hirslənmək
E) qarşıladı, bilmirdi, saxladı
Hansı fel omonimdir?
A) görüşmək
B) kədərlənmək
C) oxşamaq
D) sevinmək
E) gözləmək
"Maarif" sözünün leksik təhili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Alınma sözdür.
B) "Savadsız", "biliksiz" sözləri ilə antonimdir.
C) Leksik mənasına görə "əldə edilən bilik", "təhsil", "savad" deməkdir.
D) Ümumişlək sözdür.
E) Təkmənalı sözdür.
Hansı sözün tələffüzü düzgün göstərilməmişdir:
A) [Sətdar]
B) [sakqal]
C) [hətda]
D) [səkgiz]
E) [hopbanmaq]
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top