Tapılan ümumi test sayı : 28
1)
"Təbrizin ətrafı dağdı, meşədi,
İçində oturan bəydi, paşadı,
Səkkiz min məhəllə, beş min guşədi,
Çarşusu, bazarı, yolu Təbrizin."
Şer hansı dastandandır?
Xəta bildir
A)
"Tahir və Zöhrə"
B)
"Şah İsmayıl"
C)
"Abbas və Gülgəz"
D)
"Əsli və Kərəm"
E)
"Aşıq Qərib"
2)
Bunlardan biri 1850-1870-ci illərin ədəbi-mədəni hadisələrindən sayıla bilməz:
Xəta bildir
A)
faciə janrının yaranması
B)
yeni tipli bədii nəsrin əsasının qoyulması
C)
milli mətbuatın yaranması
D)
dramaturgiyanın yaranması
E)
ədəbi məclislərin çoxalması
3)
Bu tarixi şəxsiyyətlərdən biri "Qan içində" romanında iştirak etmir:
Xəta bildir
A)
İbrahimxəlil xan
B)
İkinci İrakli
C)
Ağa Məhəmməd şah Qacar
D)
Molla Pənah Vaqif
E)
Nəsrəddin şah
4)
Mətndə hansı bədii ifadə vasitəsi işlənmişdir?
Sözümü anla mənim, sözümü dinlə, atam Qazan!
Sağına baxdın, qah-qah güldün,
Soluna baxdın, çox sevindin.
Qarşıya baxdın, məni görüb ağladın.
Xəta bildir
A)
metafora
B)
mübaliğə
C)
litota
D)
metonimiya
E)
bədii təzad
5)
Bu şairin şerlərinin əsas mövzusu qəhrəmanlıq və igidliyin tərənnümü, nikbinlik və sevinc hisslərinin ifadəsidir:
Xəta bildir
A)
S.Ə.Nəbati
B)
M.V.Vidadi
C)
S.Ə.Şirvani
D)
Q.Bürhanəddin
E)
İ.Nəsimi
6)
Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasına daxil olan mənzum hekayələrdən hansına "Doğru sözə zaval yoxdur, doğru sözü danmaq, gizlətmək olmaz" qənaətinə gəlinir?
Xəta bildir
A)
"Sultan Səncər və qarı"
B)
"Nuşirəvan və bayquşların söhbəti"
C)
"Zalım padşahla Zahidin dastanı"
D)
"Kərpickəsən qocanın dastanı"
E)
"Süleyman və əkinçi"
7)
"Aldanmış kəvakib" povestində vəzir Mirzə Möhsünü , müstövfi Mirzə Yəhyanı, sərdar Zaman xanı... danışdırmaqda M.F.Axundzadənin əsas məqsədi nə idi?
Xəta bildir
A)
Özünüifşa yolu ilə Şah Abbasın dövlət aparatının gülünclüyünü göstərmək.
B)
Ölkənin müdafiəsinin səriştəsiz, hərbi işdən xəbərsiz adamlara tapşırıldığını göstərmək.
C)
Dövlət məmurlarının Şah Abbasa hədsiz sədaqətini göstərmək.
D)
Saray adamlarının ölkənin gələcəyi ilə bağlı narahatlığını təsvir etmək.
E)
Dövlət başçılarının ölkənin abadlığına fikir vermədiklərini göstərmək.
8)
"Qız anadan görməyincə öyüd almaz",
"Oğul atadan görməyincə süfrə yaymaz" -
atalar sözləri hansı şifahi xalq ədəbiyyatı nümunəsində işlədilmişdir?
Xəta bildir
A)
"Məlikməmməd" nağılı
B)
"Kitabi-Dədə Qorqud" dastanı
C)
"Aşıq Qərib" dastanı
D)
"Abbas və Gülgəz" dastanı
E)
"Koroğlu" dastanı
9)
Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcıığı üçün ortaq cəhət:
Xəta bildir
A)
həm lirik, həm də epik əsərlərin yazılması
B)
həm nəzmlə, həm də nəsrlə bədii əsərlərin yazılması
C)
həm əruz vəznində, həm də heca vəznində şerlərin yazılması
D)
həm elmi, həm də bədii əsərlərin yazılması
E)
hər ikisinin fars dilində də divan yaratması
10)
M.Ə.Sabir satiralarında ən çox hansı ifşa üsulundan istifadə edilmişdir?
Xəta bildir
A)
dialoq və ya məktublaşma yolu ilə ifşa
B)
birbaşa müəllif tənqidi
C)
sözün tərsini demək
D)
incə yumorlu gülüş
E)
satirik monoloq (tipi öz dili ilə danışdırmaq)
11)
Hansı cümlədə "kitab" sözü təsirlik haldadır?
Xəta bildir
A)
Kitabı evdə qalıb.
B)
Kitab bilik mənbəyidir.
C)
Dostum kitab həvəskarıdır.
D)
Çox kitab oxumaq insanın məlumatını artırır.
E)
Bu, maraqlı kitabdır.
12)
Cümlələrdən birində feli sifət tərkibi işlənmişdir:
Xəta bildir
A)
Gördüyümüz iş hamını sevindirdi.
B)
Baxmalı sənədlər çoxdur.
C)
Oxunacaq kitabları ayrıca bir rəfə yığdı.
D)
Öz səadətini başqasının bədbəxtliyi üzərində quranı hamı lənətləyər.
E)
Hamı sakitcə dayanıb hörmətli qonağı gözləyirdi.
13)
Sözlərdən yalnız biri Azərbaycan dilinin iltisaqiliyi prinsipinə uyğundur:
Xəta bildir
A)
sevincli
B)
bivəfa
C)
xəlqi
D)
baməzə
E)
dünyəvi
A)
Hər tərəf tərtəmiz idi.
B)
Müşfiq xalqımızın böyük şairidir.
C)
Anam dostumu öz balası kimi sevirdi.
D)
Gələn uşaqların anasıdır.
E)
Görünən yaraşıqlı ev bizimdir.
15)
Cümlələrin ikisində ara sözlər işlədilmişdir:
1. Oğlum, el harada, sən də orada.
2. O, bir el vurğunu, el aşiqiydi.
3. Atalar deyiblər: "Haradan incələr, oradan üzülər".
4. Necə deyərlər, niyyətin hara, mənzilin ora.
5. Bəlkə, öz işindən peşmandır, o da.
Xəta bildir
A)
4, 5
B)
1, 2
C)
1, 5
D)
2, 3
E)
3, 4
16)
"Mən evədək piyada getdim" cümləsində qoşma hansı mənanı bildirir?
Xəta bildir
A)
zaman
B)
məsafə
C)
istiqamət
D)
səbəb-məqsəd
E)
fərqləndirmə
17)
"Vəsait" sözünün fonetik təhlili ilə bağlı düzgün fikiləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənir
2. vurğusu ikinci hecaya düşür
3. ahəng qanunu gözlənilib
4. sözdə iki kar samit: [s], [t] və iki cingiltili samit [v], [y] işlənib
5. saitlərin ikisi açıq, biri qapalıdır
Xəta bildir
A)
1, 4, 5
B)
1, 2
C)
1, 3, 5
D)
3, 4
E)
2, 5
18)
"Qapını döyürlər" əvəinə "qapını vururlar" ifadəsi işlətsək, ədəbi dilin hansı norması pozulmuş olar?
Xəta bildir
A)
leksik
B)
qrammatik və fonetik
C)
leksik və fonetik
D)
qrammatik
E)
fonetik
19)
Mətndəki əvəzlik hansı nitq hissəsinin yerində işlənmişdir?
Kimsə təkbaşına dünyanı udmaz,
Yalqız bir insanın şahlığı tutmaz.
Xəta bildir
A)
fel
B)
isim
C)
say
D)
sifət
E)
zərf
20)
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. diaoloji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
5. feli tərkiblərlə müqayisədə tabeli mürəkkəb cümlələrin daha çox işlədilməsi
Xəta bildir
A)
publisistik
B)
elmi
C)
rəsmi-işgüzar
D)
məişət
E)
bədii
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab