Tapılan ümumi test sayı : 25

Bir bəndi verilmiş aşağıdakı şer lirik növün hansı janrında yazılıb?
"İpək nazbalışa Mina dayandı,
Həcər nalə çəkdi, Mina da yandı,
Həsrətimdən dərdim minə dayandı,
Sən gəlsən, əysilər də bir üz, bir üz.
A) bayatı
B) rübai
C) gəraylı
D) təcnis
E) mürəbbe
"Mən, sən və müəllimlər iclasda iştirak edəcəklər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik və fonetik
B) fonetik və qrammatik
C) qrammatik
D) fonetik
E) leksik
Təyin vəzifəsində işlənmiş əvəzliyi göstərin.
A) İndi vəziyyət belədir.
B) Baykal gölünü xəritədə kim göstərə bilər?
C) Bəzi adamlar zehni əməkdən tez yorulurlar.
D) Elə danış ki, səni yaxşı başa düşsünlər.
E) Haçan gəlmisən?
Mürəkkəb sözlərdən ibarət cərgəni göstərin.
A) bisavad, el-oba, çör-çöp
B) mer-meyvə, qeyri-dəqiq, narazı
C) bimərifət, toyuq-cücə, topa-topa
D) cəfakeş, üzümçü, kağız-kuğuz
E) əlüzyuyan, qoyun-quzu, günorta
Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözləri göstərin.
1. xallı, qüvvə                2. doqquz, səkkiz
3. saqqal, hətta             4. qüllə, zərrə
5. təqsir, rəqqasə
A) 1, 3
B) 1, 4
C) 2, 3
D) 3, 5
E) 2, 4
"Xəzər dənizi" birləşməsindəki asılı tərəfin morfoloji təhlilindəki səhvi tapın.
A) təkdir
B) konkret isimdir
C) adlıq haldadır
D) xüsusi isimdir
E) isimdir, quruluşuna görə sadədir
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin.
Göylərində at oynadır şimşəklər,
Bir an olur gur yağışı, dolusu.
A) təşbeh
B) epitet
C) metafora
D) simvol
E) metonimiya
M.V.Vidadinin yaradıcılığının məzmunca əsas xüsusiyyəti hansı cavabda düzgün verilmişdir?
A) ictimai eybəcərliyin kəskin tənqidi
B) təbiətə vurğunluq
C) həyat eşqinin tərənnümü
D) ictimai kədər
E) ədalətli  hökmdar ideyasının təbliği
Q.Zakirin lirik yaradıcılığı ilə bağlı düzgün fikirləri seçin.
1. Lirikasının bir hissəsi məhəbbət, digər hissəsi isə ictimai mövzudadır.
2. Şerlərində daha çox real məhəbbət tərənnüm olunur.
3. Lirik şerlərində ən çox Füzuli və Vaqif  yaradıcılığının təsiri duyulur.
4. Lirik şerlərin hamısına heca vəznində, qoşma janrında yazmışdır.
5. Qəzəllərində sufi məhəbbətin izləri daha qabarıqdır.
A) 1, 2, 3
B) 4, 5
C) 3, 4, 5
D) 1, 5
E) 2, 3, 4
C.Cabbarlının "Oqtay Eloğlu" faciəsində baş qəhrəmanın düşmənləri onun yenidən teatra qayıtmaması üçün ilk növbədə nəyə əl atırlar?
A) Amalya rolunu oynayan aktrisanı öyrədirlər ki, xəstələndiyini bəhanə edib səhnəyə çıxmasın.
B) Ona külli miqdarda pul təklif edirlər.
C) Tamaşaçılara Oqtayın ruhi xəstə olduğunu söyləyirlər.
D) Biletlərin satılmasına maneçilik törətməklə tamaşanı pozmağa çalışırlar.
E) Ona hədə-qorxu gəlirlər.
Aşağıdakı əlamətlərdən biri C.Cabbarlı və H.Cavid yaradıcılığı üçün ortaq sayıla bilməz:
A) mənzum dramların yazılması
B) həm lirik şerlərin, həm də dram əsərlərin yazılması
C) yaradıcılığa şerlə başlanılması
D) tarixi mövzuda əsərlərin yazılması
E) dram əsərlərinə üstünlük verillməsi
Səadət xanım ("Müsibəti-Fəxrəddin") Fəxrəddinin meyiti üzərində dediyi: "Ölsəm əziyyətdən xilas ollam, Fəxrəddin, onu istəmirəm..." sözləri ilə nə demək istəyirdi?
A) Rahat ölüm istəmirdi.
B) Fəxrəddin bəyin müsibətini bütün ömrü boyu öz məhrumiyyətləri və göz yaşları ilə yaşamaq istəyirdi.
C) Fəxrəddinin nakam arzularını yerinə yetirmək üçün əziyyət çəkmək istəyir və ölümü bu əziyyətdən qaçmaq kimi başa düşürdü.
D) Sevgilisinin qədrini bilməyən "vəhşi nadanlara" özünün sağ qalması ilə Fəxrəddini xatırlatmaq istəyirdi.
E) Fəxrəddinin dərddən beli bükülmüş anası Mələk xanıma xidmət etmək, onun ömrünü uzatmaq üçün əziyyət çəkmək istəyirdi.
Əfzələddin Xaqani ilə əlaqədar fikirlərdən hansı səhvdir?
A) "Mədain xərabələri" adlı fəlsəfi əsərində şairin məhəbbətlə bağlı fikirləri başlıca yer tutur.
B) Şirvanşahlar sarayında yaşayıb-yaratmış şairlərdəndir.
C) Əvvəl sarayda yaşamış, lakin sonradan sarayla özü arasında ziddiyyəti dərk edərək oradan uzaqlaşmışdır.
D) Qəsidələri ilə məşhurdur.
E) Ədəbiyyatımızda məsnəvi formasında yazılmış ilk poemanın müəllifi kimi tanınır.
"İnteligentlik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi-dəmsaz ilə" misraları M.Ə.Sabirin hansı şerindədir?
A) "Nə işim var"
B) "Kim nə deyər bizdə olan qeyrətə?"
C) "Səttarxana"
D) "Ürəfa marşı"
E) "Ruhum"
Şəkli yazıya aid olanı göstərin:
A) Nəqliyyat yolunda qoyulmuş nida işarəsi
B) Ət mağazasının vitrinindəki inək kəlləsi şəkli
C) Suyun H2O işarəsi ilə göstərilməsi
D) Aptekin qapısındakı ilan şəkli
E) Toy zamanı ələ xına qoyulması
"Hamı xalqa sədaqətlə xidmət etməyə çalışmalıdır" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) məsdər tərkibi ilə
C) II növ təyini söz birləşməsi ilə
D) feli sifət tərkibi ilə
E) isimlə
Nəqli cümləni müəyyənləşdirin:
A) Yaşasın Azərbaycan Respublikası!
B) Günah kimdədir?
C) Səlim, pəncərəni aç.
D) Ana oğlunun  doluxsunmuş gözlərinə baxdı.
E) Siz öz vəzifənizi həmişə belə icra edin.
Cümlələrdən birində birləşdirmə bağlayıcısı işlənmişdir:
A) Həm sevinir, həm də təəccüblənirdi.
B) Rəşid dostları ilə görüşməli idi.
C) Ay da, ulduz da sənə həsrətlə baxır.
D) Ariflə Vasif qardaşdırlar.
E) Mən çağırdım, ancaq sən eşitmədin.
Bunlardan ikisi daha çox elmi üslub üçün əlamətdardır:
1. Məcazilik
2. Obrazlılıq
3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə
4. Bədii təsvir və ifadə vasitələrindən istifadə
5. Termin sıxlığı
6. Dialektizm və loru sözləin işlənməsi
A) 4, 5
B) 2, 4
C) 3, 5
D) 4, 6
E) 1, 6
Nümunələrədən yalnız birində idarə əlaqəsi var:
A) hərbi vəzifə
B) Qış gəldi.
C) qızıl payız
D) ana vətən
E) böyüklərə hörmət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top