Tapılan ümumi test sayı : 25

Bir bəndi verilmiş aşağıdakı şer lirik növün hansı janrında yazılıb?
"İpək nazbalışa Mina dayandı,
Həcər nalə çəkdi, Mina da yandı,
Həsrətimdən dərdim minə dayandı,
Sən gəlsən, əysilər də bir üz, bir üz.
A) mürəbbe
B) bayatı
C) təcnis
D) rübai
E) gəraylı
"Mən, sən və müəllimlər iclasda iştirak edəcəklər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik və fonetik
B) qrammatik
C) fonetik
D) fonetik və qrammatik
E) leksik
Təyin vəzifəsində işlənmiş əvəzliyi göstərin.
A) Baykal gölünü xəritədə kim göstərə bilər?
B) Elə danış ki, səni yaxşı başa düşsünlər.
C) İndi vəziyyət belədir.
D) Bəzi adamlar zehni əməkdən tez yorulurlar.
E) Haçan gəlmisən?
Mürəkkəb sözlərdən ibarət cərgəni göstərin.
A) bisavad, el-oba, çör-çöp
B) bimərifət, toyuq-cücə, topa-topa
C) əlüzyuyan, qoyun-quzu, günorta
D) mer-meyvə, qeyri-dəqiq, narazı
E) cəfakeş, üzümçü, kağız-kuğuz
Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözləri göstərin.
1. xallı, qüvvə                2. doqquz, səkkiz
3. saqqal, hətta             4. qüllə, zərrə
5. təqsir, rəqqasə
A) 3, 5
B) 1, 4
C) 2, 3
D) 1, 3
E) 2, 4
"Xəzər dənizi" birləşməsindəki asılı tərəfin morfoloji təhlilindəki səhvi tapın.
A) xüsusi isimdir
B) adlıq haldadır
C) konkret isimdir
D) isimdir, quruluşuna görə sadədir
E) təkdir
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin.
Göylərində at oynadır şimşəklər,
Bir an olur gur yağışı, dolusu.
A) epitet
B) təşbeh
C) metafora
D) metonimiya
E) simvol
M.V.Vidadinin yaradıcılığının məzmunca əsas xüsusiyyəti hansı cavabda düzgün verilmişdir?
A) ictimai eybəcərliyin kəskin tənqidi
B) ədalətli  hökmdar ideyasının təbliği
C) təbiətə vurğunluq
D) həyat eşqinin tərənnümü
E) ictimai kədər
Q.Zakirin lirik yaradıcılığı ilə bağlı düzgün fikirləri seçin.
1. Lirikasının bir hissəsi məhəbbət, digər hissəsi isə ictimai mövzudadır.
2. Şerlərində daha çox real məhəbbət tərənnüm olunur.
3. Lirik şerlərində ən çox Füzuli və Vaqif  yaradıcılığının təsiri duyulur.
4. Lirik şerlərin hamısına heca vəznində, qoşma janrında yazmışdır.
5. Qəzəllərində sufi məhəbbətin izləri daha qabarıqdır.
A) 1, 5
B) 3, 4, 5
C) 2, 3, 4
D) 4, 5
E) 1, 2, 3
C.Cabbarlının "Oqtay Eloğlu" faciəsində baş qəhrəmanın düşmənləri onun yenidən teatra qayıtmaması üçün ilk növbədə nəyə əl atırlar?
A) Ona külli miqdarda pul təklif edirlər.
B) Biletlərin satılmasına maneçilik törətməklə tamaşanı pozmağa çalışırlar.
C) Ona hədə-qorxu gəlirlər.
D) Tamaşaçılara Oqtayın ruhi xəstə olduğunu söyləyirlər.
E) Amalya rolunu oynayan aktrisanı öyrədirlər ki, xəstələndiyini bəhanə edib səhnəyə çıxmasın.
Aşağıdakı əlamətlərdən biri C.Cabbarlı və H.Cavid yaradıcılığı üçün ortaq sayıla bilməz:
A) həm lirik şerlərin, həm də dram əsərlərin yazılması
B) mənzum dramların yazılması
C) dram əsərlərinə üstünlük verillməsi
D) tarixi mövzuda əsərlərin yazılması
E) yaradıcılığa şerlə başlanılması
Səadət xanım ("Müsibəti-Fəxrəddin") Fəxrəddinin meyiti üzərində dediyi: "Ölsəm əziyyətdən xilas ollam, Fəxrəddin, onu istəmirəm..." sözləri ilə nə demək istəyirdi?
A) Fəxrəddinin dərddən beli bükülmüş anası Mələk xanıma xidmət etmək, onun ömrünü uzatmaq üçün əziyyət çəkmək istəyirdi.
B) Fəxrəddinin nakam arzularını yerinə yetirmək üçün əziyyət çəkmək istəyir və ölümü bu əziyyətdən qaçmaq kimi başa düşürdü.
C) Rahat ölüm istəmirdi.
D) Fəxrəddin bəyin müsibətini bütün ömrü boyu öz məhrumiyyətləri və göz yaşları ilə yaşamaq istəyirdi.
E) Sevgilisinin qədrini bilməyən "vəhşi nadanlara" özünün sağ qalması ilə Fəxrəddini xatırlatmaq istəyirdi.
Əfzələddin Xaqani ilə əlaqədar fikirlərdən hansı səhvdir?
A) "Mədain xərabələri" adlı fəlsəfi əsərində şairin məhəbbətlə bağlı fikirləri başlıca yer tutur.
B) Ədəbiyyatımızda məsnəvi formasında yazılmış ilk poemanın müəllifi kimi tanınır.
C) Şirvanşahlar sarayında yaşayıb-yaratmış şairlərdəndir.
D) Əvvəl sarayda yaşamış, lakin sonradan sarayla özü arasında ziddiyyəti dərk edərək oradan uzaqlaşmışdır.
E) Qəsidələri ilə məşhurdur.
"İnteligentlik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi-dəmsaz ilə" misraları M.Ə.Sabirin hansı şerindədir?
A) "Ürəfa marşı"
B) "Səttarxana"
C) "Nə işim var"
D) "Ruhum"
E) "Kim nə deyər bizdə olan qeyrətə?"
Şəkli yazıya aid olanı göstərin:
A) Nəqliyyat yolunda qoyulmuş nida işarəsi
B) Suyun H2O işarəsi ilə göstərilməsi
C) Aptekin qapısındakı ilan şəkli
D) Ət mağazasının vitrinindəki inək kəlləsi şəkli
E) Toy zamanı ələ xına qoyulması
"Hamı xalqa sədaqətlə xidmət etməyə çalışmalıdır" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?
A) isimlə
B) II növ təyini söz birləşməsi ilə
C) məsdər tərkibi ilə
D) feli sifət tərkibi ilə
E) məsdərlə
Nəqli cümləni müəyyənləşdirin:
A) Səlim, pəncərəni aç.
B) Günah kimdədir?
C) Yaşasın Azərbaycan Respublikası!
D) Siz öz vəzifənizi həmişə belə icra edin.
E) Ana oğlunun  doluxsunmuş gözlərinə baxdı.
Cümlələrdən birində birləşdirmə bağlayıcısı işlənmişdir:
A) Mən çağırdım, ancaq sən eşitmədin.
B) Ariflə Vasif qardaşdırlar.
C) Ay da, ulduz da sənə həsrətlə baxır.
D) Həm sevinir, həm də təəccüblənirdi.
E) Rəşid dostları ilə görüşməli idi.
Bunlardan ikisi daha çox elmi üslub üçün əlamətdardır:
1. Məcazilik
2. Obrazlılıq
3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə
4. Bədii təsvir və ifadə vasitələrindən istifadə
5. Termin sıxlığı
6. Dialektizm və loru sözləin işlənməsi
A) 4, 6
B) 3, 5
C) 4, 5
D) 1, 6
E) 2, 4
Nümunələrədən yalnız birində idarə əlaqəsi var:
A) böyüklərə hörmət
B) qızıl payız
C) hərbi vəzifə
D) Qış gəldi.
E) ana vətən
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top