Tapılan ümumi test sayı : 20

Nizami Gəncəvinin "Xorov və Şirin" poemasında hansı obraz Xosrovu məzəmmət edir, ona öyüd-nəsihət verərək, şahlıq qürurundan əl çəkməyə çağırır?
A) Hörmüz
B) Şirin
C) Fərhad
D) Məhinbanu
E) Şapur
S.Ə.Nəbatinin aşağıdakı şerlərindən birində dünyəvi eşqlə sufi- panteist məhəbbətin tərənnümü qovuşur:
A) "Gəlsin, gəlməsin?"
B) "Ey Sənəm"
C) "Gözlərin"
D) "Eşq camından içən kimsənə..."
E) "Yaradıb"
"Hökmdar! Yerlərə, göylərə bir bax,
Buludlar qaralar matəm tutaraq". (S.Vurğun)
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin:
A) metafora
B) metonimiya
C) simvol
D) epitet
E) təşbeh
Hansı sıra tamamilə romantizm ədəbi cərəyanının nümayəndələrindən ibarətdir?
A) M.Hadi, H.Cavid, A.Şaiq, M.Ə.Sabir
B) M.Hadi, H.Cavid, C.Məmmədquluzadə, Ə.Qəmküsar
C) M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət
D) C.Məmmədquluzadə, M.Hadi, Ə.Haqverdiyev, H.Cavid
E) A.Səhhət, A.Aşiq, M.Möcüz, M.Ə.Sabir
"Sizin sənədlərə baxılanda mən orada olmamışam" cümləsindəki altından xətt çəkilmiş sözün morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) məchul növdədir
B) feli bağlamadır
C) təsdiqdədir
D) quruluşca düzəltmədir
E) təsirsizdir
İdi hissəciyi felin hansı şəkillərinə artırıla bilmir?
A) lazım, nəqli keçmiş
B) vacib, arzu
C) lazım, arzu
D) əmr, şühudi keçmiş zaman
E) lazım, şərt
Vasitəsiz nitqli cümləyə hansı sxem uyğundur?
İlqar: "Mən bu gün bir qədər gec gələcəyəm", - deyə xəbər göndərmişdi.
A) M: "V"!
B) "V", - m
C) M: "V".
D) "V, -m, - v"
E) M: "V", -m.
Hansı cümlədə qoşma işlənməmişdir?
A) Çörəkdən sonra ayağa qalxdılar.
B) Bir az bundan əvvəl baş verən döyüş yenidən xəyalında canlandı.
C) Əvvəlcə onun çatma qaşları, sonra kimi isə xatırladan tanış səsi müəllimi diksindirdi.
D) Həsən hər imtahandan sonra onun yanına gəlirdi.
E) Ay görünəndən sonra ulduzlar solğunlaşıb, titrəşdi.
"İsti" sözünün fonetik təhlili iə bağlı səhv cavabı göstərin:
A) İki kar samit işlənmişdir.
B) Yazılışı ilə deyilişi fərqlənir.
C) Sözdə incə saitlərin ahəngi gözlənilmişdir.
D) İkihecalıdır, vurğu son hecaya düşür.
E) İki incə, qapalı, dodaqlanmayan sait vardır.
İsimlərdən sifət düzəldən -i (-vi) şəkilçisi hansı sözün fonetik tərkibinə təsir göstərmir?
A) xalq
B) inqilab
C) məna
D) kimya
E) dünya
Bunlardan biri funksional üslublara daxil edilə bilməz:
A) məişət üslubu
B) publisistik üslub
C) elmi üslub
D) bədii üslub
E) fərdi üslub
Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birindən ayıran durğu işarəsi:
A) tire
B) nida işarəsi
C) dırnaq
D) nöqtəli vergül
E) vergül
Aşağıdakılardan biri xəbərin ifadə vasitəsi kimi səhv göstərilmişdir:
A) felin təsriflənən formaları
B) məsdər tərkibləri
C) feli bağlama tərkibləri
D) ismi birləşmələr
E) şəxs əvəzlikləri
"Camaat meydana tərəf tələsirdilər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) leksik
C) orfoqrafik və qrammatik
D) orfoqrafik
E) qrammatik
Hansı sırada çoxmənalı söz işlənmişdir?
A) Kür çayı-şirin çay
B) ayın işığı-may ayı
C) Mil düzü-sözün düzü
D) uşağın üzü-suyun üzü
E) yaş ağac-uşağın yaşı
Təkmənalı sözü göstərin:
A) ürək
B) burun
C) ayaq
D) qol
E) ağız
"Elə ki kəndə gəldi, xasiyyəti tamamilə dəyişdi" tabeli mürəkkəb cümlənin növünü müəyyənləşdirin:
A) zaman budaq cümləli
B) səbəb budaq cümləli
C) şərt budaq cümləli
D) yer budaq cümləli
E) tamamlıq budaq cümləli
Nitq hissəsi və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?
A) morfologiya
B) leksikologiya
C) orfoqrafiya
D) fonetika
E) sintaksis
Hansı fikir səhvdir?
A) "Xırdaca" sözü azaltma dərəcəsindədir.
B) Feldən sifət düzəltmək mümkündür.
C) Sifət cümlənin xəbəri kimi işlənə bilir.
D) İşlənmə yerinə görə sifət saya oxşayır.
E) Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün "açıq" sözündən də istifadə edilir.
Hansı cərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) kimya, tarix, ədəbiyyat
B) dünən, gömgöy, tərtəmiz
C) traktor, orden, medal
D) qalstuk, bomboz, sarımtıl
E) yalnız, yalqız, ağımsov
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top