Tapılan ümumi test sayı : 20

Nizami Gəncəvinin "Xorov və Şirin" poemasında hansı obraz Xosrovu məzəmmət edir, ona öyüd-nəsihət verərək, şahlıq qürurundan əl çəkməyə çağırır?
A) Şapur
B) Şirin
C) Məhinbanu
D) Hörmüz
E) Fərhad
S.Ə.Nəbatinin aşağıdakı şerlərindən birində dünyəvi eşqlə sufi- panteist məhəbbətin tərənnümü qovuşur:
A) "Yaradıb"
B) "Gəlsin, gəlməsin?"
C) "Eşq camından içən kimsənə..."
D) "Gözlərin"
E) "Ey Sənəm"
"Hökmdar! Yerlərə, göylərə bir bax,
Buludlar qaralar matəm tutaraq". (S.Vurğun)
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin:
A) epitet
B) simvol
C) metonimiya
D) metafora
E) təşbeh
Hansı sıra tamamilə romantizm ədəbi cərəyanının nümayəndələrindən ibarətdir?
A) C.Məmmədquluzadə, M.Hadi, Ə.Haqverdiyev, H.Cavid
B) A.Səhhət, A.Aşiq, M.Möcüz, M.Ə.Sabir
C) M.Hadi, H.Cavid, C.Məmmədquluzadə, Ə.Qəmküsar
D) M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət
E) M.Hadi, H.Cavid, A.Şaiq, M.Ə.Sabir
"Sizin sənədlərə baxılanda mən orada olmamışam" cümləsindəki altından xətt çəkilmiş sözün morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) məchul növdədir
B) quruluşca düzəltmədir
C) feli bağlamadır
D) təsdiqdədir
E) təsirsizdir
İdi hissəciyi felin hansı şəkillərinə artırıla bilmir?
A) vacib, arzu
B) lazım, arzu
C) lazım, nəqli keçmiş
D) lazım, şərt
E) əmr, şühudi keçmiş zaman
Vasitəsiz nitqli cümləyə hansı sxem uyğundur?
İlqar: "Mən bu gün bir qədər gec gələcəyəm", - deyə xəbər göndərmişdi.
A) M: "V".
B) M: "V"!
C) M: "V", -m.
D) "V", - m
E) "V, -m, - v"
Hansı cümlədə qoşma işlənməmişdir?
A) Həsən hər imtahandan sonra onun yanına gəlirdi.
B) Ay görünəndən sonra ulduzlar solğunlaşıb, titrəşdi.
C) Əvvəlcə onun çatma qaşları, sonra kimi isə xatırladan tanış səsi müəllimi diksindirdi.
D) Çörəkdən sonra ayağa qalxdılar.
E) Bir az bundan əvvəl baş verən döyüş yenidən xəyalında canlandı.
"İsti" sözünün fonetik təhlili iə bağlı səhv cavabı göstərin:
A) Sözdə incə saitlərin ahəngi gözlənilmişdir.
B) İkihecalıdır, vurğu son hecaya düşür.
C) İki incə, qapalı, dodaqlanmayan sait vardır.
D) Yazılışı ilə deyilişi fərqlənir.
E) İki kar samit işlənmişdir.
İsimlərdən sifət düzəldən -i (-vi) şəkilçisi hansı sözün fonetik tərkibinə təsir göstərmir?
A) inqilab
B) kimya
C) xalq
D) məna
E) dünya
Bunlardan biri funksional üslublara daxil edilə bilməz:
A) publisistik üslub
B) fərdi üslub
C) bədii üslub
D) elmi üslub
E) məişət üslubu
Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birindən ayıran durğu işarəsi:
A) tire
B) nida işarəsi
C) vergül
D) dırnaq
E) nöqtəli vergül
Aşağıdakılardan biri xəbərin ifadə vasitəsi kimi səhv göstərilmişdir:
A) məsdər tərkibləri
B) feli bağlama tərkibləri
C) şəxs əvəzlikləri
D) felin təsriflənən formaları
E) ismi birləşmələr
"Camaat meydana tərəf tələsirdilər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) orfoepik
C) orfoqrafik
D) orfoqrafik və qrammatik
E) qrammatik
Hansı sırada çoxmənalı söz işlənmişdir?
A) yaş ağac-uşağın yaşı
B) Mil düzü-sözün düzü
C) uşağın üzü-suyun üzü
D) Kür çayı-şirin çay
E) ayın işığı-may ayı
Təkmənalı sözü göstərin:
A) ağız
B) ürək
C) ayaq
D) burun
E) qol
"Elə ki kəndə gəldi, xasiyyəti tamamilə dəyişdi" tabeli mürəkkəb cümlənin növünü müəyyənləşdirin:
A) səbəb budaq cümləli
B) yer budaq cümləli
C) şərt budaq cümləli
D) zaman budaq cümləli
E) tamamlıq budaq cümləli
Nitq hissəsi və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?
A) leksikologiya
B) morfologiya
C) orfoqrafiya
D) fonetika
E) sintaksis
Hansı fikir səhvdir?
A) Sifət cümlənin xəbəri kimi işlənə bilir.
B) İşlənmə yerinə görə sifət saya oxşayır.
C) "Xırdaca" sözü azaltma dərəcəsindədir.
D) Feldən sifət düzəltmək mümkündür.
E) Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün "açıq" sözündən də istifadə edilir.
Hansı cərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) qalstuk, bomboz, sarımtıl
B) traktor, orden, medal
C) yalnız, yalqız, ağımsov
D) dünən, gömgöy, tərtəmiz
E) kimya, tarix, ədəbiyyat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top