Tapılan ümumi test sayı : 25

Əsərlərdən birinin müəllifi Molla Pənah Vaqifdir:
A) "Məni candan usandırdı..."
B) "Dağlar"
C) "Keçdi növbəti-zimistan"
D) "Hayıf ki, yoxdur"
E) "Mədain xərabələri"
"Kitabi-Dədə Qorqud" dastanlarından aşağıdakı nümunədə məcazın növü:
Böyük bir dəniz kimi yayılıb gələn
                        kafirin qoşunudur,
Gün kimi parlayıb gələn kafirin
                       papağındakı işıqdır.
Ulduz kimi işırıb gələn kafirin 
                       nizəsidir.
A) litota
B) metafora
C) təşbeh
D) metonimiya
E) təzad
Cəfər Cabbarlının hekayə janrında yazılmış əsəri:
A) "Od gəlini"
B) "Mənsur və sitarə"
C) "Vəfalı Səriyyə"
D) "Solğun çiçəklər"
E) "Qız qalası"
"Sözü söylə alana,
Qulağında qalana."
Bu nümunə şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) atalar sözü
B) hikmətli söz
C) layla
D) tapmaca
E) yanıltmac
Mövzu və ideya baxımından müqayisə oluna bilən əsərlər cərgəsini göstərin:
A) "Müsibəti-Fəxrəddin", "Aldanmış kəvakib"
B) "Aldanmış kəvkib", "Nadir şah"
C) "Sərgüzəşti-vəziri-xani-lənkəran", "Daldan atılan daş topuğa dəyər"
D) "Hacı Qara", "Nadir şah"
E) "Dağılan tifaq", "Nadanlıq"
Nizami Gəncəvinin "İsgəndərnamə" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) Poemada İsgəndərin qadına münasibətində də müəyyən ziddiyyətlərin olduğunu nəzərə çarpdırır.
B) İsgəndəri ideallaşdırır. Onun apardığı bütün müharibələri ədalətli müharibələr kimi təqdim edir.
C) İsgəndəri Azərbaycana gətirərək diqqəti doğma yurdun uzaq və yaxın keçmişinə cəlb edir.
D) Nizami eradan qabaq yaşamış Makedoniyalı İsgəndərlə bağlı əfsanə və rəvayətlərdən istifadə etməklə dünya və insan haqda fikirlərini əks etdirmişdir.
E) Əsərdə elmi məsələlərə də geniş yer verir. Eyni zamanda bərabərhüquqlu insanlardan ibarət bir ölkə təsvir edir.
"Fəxrəddin, Ömər, İsgəndər, Fərhad ...".
Bu gənc ziyalıların faciəsi onda idi ki: (daha əsaslı cavabı göstərin)
A) İradəsiz və cəsarətsiz idilər.
B) Kəskin, radikal tədbirlərə əl atmırdılar.
C) Dövrə müvafiq elmi-nəzəri hazırlıqları yox idi.
D) Xalq kütlələrindən uzaq düşmüşdülər.
E) Mühitdəki qatı qaranlıq qarşısında tək və gücsüz idilər.
M.Ə.Sabir  ədəbi məktəbinin Cənubi Azərbaycanda ən görkəmli davamçısı:
A) B.Abbaszadə
B) Ə.Qəmküsar
C) Ə.Nəzmi
D) M.Möcüz
E) M.S.Ordubadi
Müxəmməs nəyə deyilir?
A) hər bəndi beş misradan ibarət, birinci bəndi aaaaa, sonrakı bəndləri bbbba, vvvva və s.
B) Misraları çarpaz qafiyələnən (1 və 3;2 və 4) dörd misralıq bəndlərdən ibarət olan şerə
C) biribnci bəndinin bütün misraları həmqafiyə, qalan bəndlərinin  üç misrası bir-biri ilə qafiyələnən, dördüncü misrası birinci bəndlə həmqafiyə olan lirik şerə
D) hər bəndi yeddi misradan ibarət 5-7 bəndlik lirik şerə
E) hər bəndi altı misradan ibarət olan 6-10 bəndlik lirik şerə
Ana dilimizdə məktəbli uşaqlar üçün ilk dərslik yazmış müəllifləri göstərin:
I. a.Bakıxanov                   II. M.Ş.Vazeh
III. İ.Qutqşınlı                    IV. Q.Zakir
V. S.Ə.Şirvani
A) II, V
B) II, IV
C) I, II
D) III, IV
E) I, V
"Onuncuların yaxşı oxuması hamını sevindirir" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhvi göstərin:
A) Quruluşca düzəltmədir.
B) Sıra sayıdır, cəm və hal  şəkilçiləri ilə işlənib.
C) II şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi ilə işlənib.
D) III növ təyini söz birləşməsinin I tərəfi kimi işlənib.
E) İsimləşmişdir.
Zərflik hansı cümlədədir?
I. O,imtahana tamamilə hazırdır.
II. Onda yaxşı qabiliyyət var.
III. Neftdən müxtəlif yağlar alınır.
A) II
B) III
C) I və III
D) I
E) II və III
Qeyri-müəyyən təsirlik hala aid edilən əlamətlərdən biri səhvdir:
A) Nə? sualına cavab verir.
B) Şəkilçisi yoxdur.
C) ikinci növ təyini söz birləşməsinin I tərəfi kimi işlənə bilər.
D) Həmişə təsirli feldən əvvəl gəlir.
E) Cümlədə vasitəsiz tamamlıq olur
"Tənbəllik" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) 3 hecadan ibarətdir: (tən-bəl-lik). Vurğu sonuncu hecaya düşür.
B) Sözdə [n], [b], [l] cingiltili samitləri, [t], [x] kar samitləri işlənib.
C) Sözdə dodaqlanmayan incə saitlərin ahəngi vardır.
D) 9 hərf və 9 səsdən ibarətdir.
E) [ə]-incə, açıq, dodaqlanmayan, [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
Təsirsiz fellərə artırılan -ılşəkilçisi hansı növ felləri əmələ gətirir?
A) şəxssiz növ
B) məchul növ
C) məlum növ
D) qarşılıq-birgəlik növ
E) icbar növ
Cüttərkibli cümləni göstərin:
A) Müğənnini alqışladılar.
B) Uşağın ağlamağı tutdu.
C) Dostumun kitabı Məhəmməddir.
D) Qonaqları salamladılar.
E) May ayının axırları idi.
Antonimlik daha çox hansı nitq hissələində özünü göstərir?
A) İsim, say, əvəzlik
B) Fel, zərf, qoşma
C) İsim, sifət, fel
D) Sifət, zərf, qoşma
E) İsim, say, zərf
Hansı cərgədəki söz birləşmələrini bir düzəltmə sözlə əvəz etmək mümkündür?
A) həyat nəğməsi, acıdil adam, gözəl xarakter
B) məktəb direktoru, kafedra müdiri, ədəbiyyat müəllimi
C) qayıq sürən, gül qabı, bağ becərən
D) yalan danışan adam, ali məktəbdə oxuyan şəxs, kiçik yaşlı uşaq
E) klub işçisi, sinif rəhbəri, kitabın cildi
Nümunələrdən  biri dialekt sözüdür:
A) solo
B) doqqaz
C) leksika
D) loğman
E) pəncərə
Hanı cərgədəki sözlərin hamısı qalın saitlərdir?
A) adam, kitab, odun, saqqal
B) sinif, qalib, idrak, tütü
C) güldan, stol, qeyrət, bibi
D) ana, əmi, küçə, uca
E) yaşamaq, namuslu, uşaq, varlıql
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top