Tapılan ümumi test sayı : 25

Əsərlərdən birinin müəllifi Molla Pənah Vaqifdir:
A) "Məni candan usandırdı..."
B) "Dağlar"
C) "Mədain xərabələri"
D) "Hayıf ki, yoxdur"
E) "Keçdi növbəti-zimistan"
"Kitabi-Dədə Qorqud" dastanlarından aşağıdakı nümunədə məcazın növü:
Böyük bir dəniz kimi yayılıb gələn
                        kafirin qoşunudur,
Gün kimi parlayıb gələn kafirin
                       papağındakı işıqdır.
Ulduz kimi işırıb gələn kafirin 
                       nizəsidir.
A) təşbeh
B) metonimiya
C) metafora
D) litota
E) təzad
Cəfər Cabbarlının hekayə janrında yazılmış əsəri:
A) "Mənsur və sitarə"
B) "Od gəlini"
C) "Qız qalası"
D) "Vəfalı Səriyyə"
E) "Solğun çiçəklər"
"Sözü söylə alana,
Qulağında qalana."
Bu nümunə şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) yanıltmac
B) tapmaca
C) atalar sözü
D) layla
E) hikmətli söz
Mövzu və ideya baxımından müqayisə oluna bilən əsərlər cərgəsini göstərin:
A) "Sərgüzəşti-vəziri-xani-lənkəran", "Daldan atılan daş topuğa dəyər"
B) "Hacı Qara", "Nadir şah"
C) "Dağılan tifaq", "Nadanlıq"
D) "Müsibəti-Fəxrəddin", "Aldanmış kəvakib"
E) "Aldanmış kəvkib", "Nadir şah"
Nizami Gəncəvinin "İsgəndərnamə" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə elmi məsələlərə də geniş yer verir. Eyni zamanda bərabərhüquqlu insanlardan ibarət bir ölkə təsvir edir.
B) İsgəndəri Azərbaycana gətirərək diqqəti doğma yurdun uzaq və yaxın keçmişinə cəlb edir.
C) Poemada İsgəndərin qadına münasibətində də müəyyən ziddiyyətlərin olduğunu nəzərə çarpdırır.
D) Nizami eradan qabaq yaşamış Makedoniyalı İsgəndərlə bağlı əfsanə və rəvayətlərdən istifadə etməklə dünya və insan haqda fikirlərini əks etdirmişdir.
E) İsgəndəri ideallaşdırır. Onun apardığı bütün müharibələri ədalətli müharibələr kimi təqdim edir.
"Fəxrəddin, Ömər, İsgəndər, Fərhad ...".
Bu gənc ziyalıların faciəsi onda idi ki: (daha əsaslı cavabı göstərin)
A) Mühitdəki qatı qaranlıq qarşısında tək və gücsüz idilər.
B) İradəsiz və cəsarətsiz idilər.
C) Kəskin, radikal tədbirlərə əl atmırdılar.
D) Dövrə müvafiq elmi-nəzəri hazırlıqları yox idi.
E) Xalq kütlələrindən uzaq düşmüşdülər.
M.Ə.Sabir  ədəbi məktəbinin Cənubi Azərbaycanda ən görkəmli davamçısı:
A) Ə.Qəmküsar
B) M.S.Ordubadi
C) B.Abbaszadə
D) Ə.Nəzmi
E) M.Möcüz
Müxəmməs nəyə deyilir?
A) biribnci bəndinin bütün misraları həmqafiyə, qalan bəndlərinin  üç misrası bir-biri ilə qafiyələnən, dördüncü misrası birinci bəndlə həmqafiyə olan lirik şerə
B) hər bəndi beş misradan ibarət, birinci bəndi aaaaa, sonrakı bəndləri bbbba, vvvva və s.
C) hər bəndi yeddi misradan ibarət 5-7 bəndlik lirik şerə
D) hər bəndi altı misradan ibarət olan 6-10 bəndlik lirik şerə
E) Misraları çarpaz qafiyələnən (1 və 3;2 və 4) dörd misralıq bəndlərdən ibarət olan şerə
Ana dilimizdə məktəbli uşaqlar üçün ilk dərslik yazmış müəllifləri göstərin:
I. a.Bakıxanov                   II. M.Ş.Vazeh
III. İ.Qutqşınlı                    IV. Q.Zakir
V. S.Ə.Şirvani
A) II, V
B) III, IV
C) I, II
D) II, IV
E) I, V
"Onuncuların yaxşı oxuması hamını sevindirir" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhvi göstərin:
A) İsimləşmişdir.
B) II şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi ilə işlənib.
C) Sıra sayıdır, cəm və hal  şəkilçiləri ilə işlənib.
D) Quruluşca düzəltmədir.
E) III növ təyini söz birləşməsinin I tərəfi kimi işlənib.
Zərflik hansı cümlədədir?
I. O,imtahana tamamilə hazırdır.
II. Onda yaxşı qabiliyyət var.
III. Neftdən müxtəlif yağlar alınır.
A) I və III
B) I
C) II və III
D) II
E) III
Qeyri-müəyyən təsirlik hala aid edilən əlamətlərdən biri səhvdir:
A) Şəkilçisi yoxdur.
B) Nə? sualına cavab verir.
C) Həmişə təsirli feldən əvvəl gəlir.
D) ikinci növ təyini söz birləşməsinin I tərəfi kimi işlənə bilər.
E) Cümlədə vasitəsiz tamamlıq olur
"Tənbəllik" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) [ə]-incə, açıq, dodaqlanmayan, [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
B) Sözdə [n], [b], [l] cingiltili samitləri, [t], [x] kar samitləri işlənib.
C) 9 hərf və 9 səsdən ibarətdir.
D) Sözdə dodaqlanmayan incə saitlərin ahəngi vardır.
E) 3 hecadan ibarətdir: (tən-bəl-lik). Vurğu sonuncu hecaya düşür.
Təsirsiz fellərə artırılan -ıl4 şəkilçisi hansı növ felləri əmələ gətirir?
A) məchul növ
B) qarşılıq-birgəlik növ
C) məlum növ
D) icbar növ
E) şəxssiz növ
Cüttərkibli cümləni göstərin:
A) Dostumun kitabı Məhəmməddir.
B) Qonaqları salamladılar.
C) Uşağın ağlamağı tutdu.
D) May ayının axırları idi.
E) Müğənnini alqışladılar.
Antonimlik daha çox hansı nitq hissələində özünü göstərir?
A) Sifət, zərf, qoşma
B) İsim, say, zərf
C) Fel, zərf, qoşma
D) İsim, sifət, fel
E) İsim, say, əvəzlik
Hansı cərgədəki söz birləşmələrini bir düzəltmə sözlə əvəz etmək mümkündür?
A) klub işçisi, sinif rəhbəri, kitabın cildi
B) məktəb direktoru, kafedra müdiri, ədəbiyyat müəllimi
C) qayıq sürən, gül qabı, bağ becərən
D) yalan danışan adam, ali məktəbdə oxuyan şəxs, kiçik yaşlı uşaq
E) həyat nəğməsi, acıdil adam, gözəl xarakter
Nümunələrdən  biri dialekt sözüdür:
A) solo
B) doqqaz
C) pəncərə
D) loğman
E) leksika
Hanı cərgədəki sözlərin hamısı qalın saitlərdir?
A) yaşamaq, namuslu, uşaq, varlıql
B) sinif, qalib, idrak, tütü
C) ana, əmi, küçə, uca
D) güldan, stol, qeyrət, bibi
E) adam, kitab, odun, saqqal
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top