Tapılan ümumi test sayı : 25

Əsərlərdən birinin müəllifi Molla Pənah Vaqifdir:
A) "Dağlar"
B) "Məni candan usandırdı..."
C) "Mədain xərabələri"
D) "Hayıf ki, yoxdur"
E) "Keçdi növbəti-zimistan"
"Kitabi-Dədə Qorqud" dastanlarından aşağıdakı nümunədə məcazın növü:
Böyük bir dəniz kimi yayılıb gələn
                        kafirin qoşunudur,
Gün kimi parlayıb gələn kafirin
                       papağındakı işıqdır.
Ulduz kimi işırıb gələn kafirin 
                       nizəsidir.
A) təşbeh
B) litota
C) metafora
D) təzad
E) metonimiya
Cəfər Cabbarlının hekayə janrında yazılmış əsəri:
A) "Solğun çiçəklər"
B) "Od gəlini"
C) "Vəfalı Səriyyə"
D) "Mənsur və sitarə"
E) "Qız qalası"
"Sözü söylə alana,
Qulağında qalana."
Bu nümunə şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) layla
B) hikmətli söz
C) yanıltmac
D) tapmaca
E) atalar sözü
Mövzu və ideya baxımından müqayisə oluna bilən əsərlər cərgəsini göstərin:
A) "Aldanmış kəvkib", "Nadir şah"
B) "Hacı Qara", "Nadir şah"
C) "Müsibəti-Fəxrəddin", "Aldanmış kəvakib"
D) "Sərgüzəşti-vəziri-xani-lənkəran", "Daldan atılan daş topuğa dəyər"
E) "Dağılan tifaq", "Nadanlıq"
Nizami Gəncəvinin "İsgəndərnamə" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə elmi məsələlərə də geniş yer verir. Eyni zamanda bərabərhüquqlu insanlardan ibarət bir ölkə təsvir edir.
B) İsgəndəri ideallaşdırır. Onun apardığı bütün müharibələri ədalətli müharibələr kimi təqdim edir.
C) İsgəndəri Azərbaycana gətirərək diqqəti doğma yurdun uzaq və yaxın keçmişinə cəlb edir.
D) Poemada İsgəndərin qadına münasibətində də müəyyən ziddiyyətlərin olduğunu nəzərə çarpdırır.
E) Nizami eradan qabaq yaşamış Makedoniyalı İsgəndərlə bağlı əfsanə və rəvayətlərdən istifadə etməklə dünya və insan haqda fikirlərini əks etdirmişdir.
"Fəxrəddin, Ömər, İsgəndər, Fərhad ...".
Bu gənc ziyalıların faciəsi onda idi ki: (daha əsaslı cavabı göstərin)
A) Dövrə müvafiq elmi-nəzəri hazırlıqları yox idi.
B) İradəsiz və cəsarətsiz idilər.
C) Mühitdəki qatı qaranlıq qarşısında tək və gücsüz idilər.
D) Xalq kütlələrindən uzaq düşmüşdülər.
E) Kəskin, radikal tədbirlərə əl atmırdılar.
M.Ə.Sabir  ədəbi məktəbinin Cənubi Azərbaycanda ən görkəmli davamçısı:
A) Ə.Qəmküsar
B) M.S.Ordubadi
C) M.Möcüz
D) Ə.Nəzmi
E) B.Abbaszadə
Müxəmməs nəyə deyilir?
A) hər bəndi beş misradan ibarət, birinci bəndi aaaaa, sonrakı bəndləri bbbba, vvvva və s.
B) biribnci bəndinin bütün misraları həmqafiyə, qalan bəndlərinin  üç misrası bir-biri ilə qafiyələnən, dördüncü misrası birinci bəndlə həmqafiyə olan lirik şerə
C) Misraları çarpaz qafiyələnən (1 və 3;2 və 4) dörd misralıq bəndlərdən ibarət olan şerə
D) hər bəndi yeddi misradan ibarət 5-7 bəndlik lirik şerə
E) hər bəndi altı misradan ibarət olan 6-10 bəndlik lirik şerə
Ana dilimizdə məktəbli uşaqlar üçün ilk dərslik yazmış müəllifləri göstərin:
I. a.Bakıxanov                   II. M.Ş.Vazeh
III. İ.Qutqşınlı                    IV. Q.Zakir
V. S.Ə.Şirvani
A) I, V
B) I, II
C) III, IV
D) II, V
E) II, IV
"Onuncuların yaxşı oxuması hamını sevindirir" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhvi göstərin:
A) Sıra sayıdır, cəm və hal  şəkilçiləri ilə işlənib.
B) Quruluşca düzəltmədir.
C) II şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi ilə işlənib.
D) III növ təyini söz birləşməsinin I tərəfi kimi işlənib.
E) İsimləşmişdir.
Zərflik hansı cümlədədir?
I. O,imtahana tamamilə hazırdır.
II. Onda yaxşı qabiliyyət var.
III. Neftdən müxtəlif yağlar alınır.
A) I və III
B) II
C) II və III
D) I
E) III
Qeyri-müəyyən təsirlik hala aid edilən əlamətlərdən biri səhvdir:
A) Şəkilçisi yoxdur.
B) ikinci növ təyini söz birləşməsinin I tərəfi kimi işlənə bilər.
C) Nə? sualına cavab verir.
D) Həmişə təsirli feldən əvvəl gəlir.
E) Cümlədə vasitəsiz tamamlıq olur
"Tənbəllik" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) Sözdə dodaqlanmayan incə saitlərin ahəngi vardır.
B) 9 hərf və 9 səsdən ibarətdir.
C) Sözdə [n], [b], [l] cingiltili samitləri, [t], [x] kar samitləri işlənib.
D) 3 hecadan ibarətdir: (tən-bəl-lik). Vurğu sonuncu hecaya düşür.
E) [ə]-incə, açıq, dodaqlanmayan, [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
Təsirsiz fellərə artırılan -ıl4 şəkilçisi hansı növ felləri əmələ gətirir?
A) qarşılıq-birgəlik növ
B) şəxssiz növ
C) icbar növ
D) məlum növ
E) məchul növ
Cüttərkibli cümləni göstərin:
A) Uşağın ağlamağı tutdu.
B) May ayının axırları idi.
C) Müğənnini alqışladılar.
D) Dostumun kitabı Məhəmməddir.
E) Qonaqları salamladılar.
Antonimlik daha çox hansı nitq hissələində özünü göstərir?
A) İsim, say, əvəzlik
B) Sifət, zərf, qoşma
C) İsim, sifət, fel
D) İsim, say, zərf
E) Fel, zərf, qoşma
Hansı cərgədəki söz birləşmələrini bir düzəltmə sözlə əvəz etmək mümkündür?
A) məktəb direktoru, kafedra müdiri, ədəbiyyat müəllimi
B) yalan danışan adam, ali məktəbdə oxuyan şəxs, kiçik yaşlı uşaq
C) həyat nəğməsi, acıdil adam, gözəl xarakter
D) qayıq sürən, gül qabı, bağ becərən
E) klub işçisi, sinif rəhbəri, kitabın cildi
Nümunələrdən  biri dialekt sözüdür:
A) solo
B) loğman
C) pəncərə
D) leksika
E) doqqaz
Hanı cərgədəki sözlərin hamısı qalın saitlərdir?
A) yaşamaq, namuslu, uşaq, varlıql
B) güldan, stol, qeyrət, bibi
C) adam, kitab, odun, saqqal
D) ana, əmi, küçə, uca
E) sinif, qalib, idrak, tütü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top