Tapılan ümumi test sayı : 12

"Onuncuların yaxşı oxuması hamını sevindirir" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhvi göstərin.
A) II şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi ilə işlənib.
B) Quruluşca düzəltmədir.
C) İsimləşmişdir.
D) III növ təyini söz birləşməsinin I tərəfi kimi işlənib.
E) Sıra sayıdır, cəm və hal şəkilçiləri ilə işlənib.
Hansı cərgədəki söz birləşmələrini bir düzəltmə sözlə əvəz etmək mümkündür?
A) həyat nəğməsi, acıdil adam, gözəl xarakter
B) qayıq sürən, gül qabı, bağ becərən
C) yalan danışan adam, ali məktəbdə oxuyan  şəxs, kiçik yaşlı uşaq
D) məktəb direktoru, kafedra müdiri, ədəbiyyat müəllimi
E) klub işçisi, sinif rəhbəri, kitabın cildi
Qeyri-müəyyən təsirlik hala aid edilənəlamətlərdən biri səhvdir:
A) Nə? sualına cavab verir.
B) Şəkilçisi yoxdur.
C) İkinci növ təyini söz birləşməsinin I tərəfi kimi işlənə bilər.
D) Həmişə təsirli feldən əvvəl gəlir.
E) Cümlədə vasitəsiz tamamlıq olur.
Birinci tərəfi qeyri-müəyyən yiyəlik, ikinci tərəfi mənsubiyyət şəkilçisi mürəkkəb sözlər cərgəni göstərin:
A) Qonaqkənd, Göyçay
B) sözdəyişdirici, həyatsevər
C) sarıköynək, itburnu
D) quzuqulağı, stolüstü
E) hacıleylək, maşınqayırma
"Tənəllik" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) [ə]-incə, açıq, dodaqlanmayan, [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
B) 3 hecadan ibarətdir: (tən-bəl-lik). Vurğu sonuncu hecaya düşür.
C) 9 hərf və 9 səsdən ibarətdir.
D) Sözdə [n], [b], [l] cingiltili samitləri, [t], [x] kar samitləri işlənib.
E) Sözdə dodaqlanmayan incə saitlərin ahəngi vardır.
Antonimlik daha çox hansı nitq hissələrində özünü göstərir?
A) Sifət, zərf, qoşma
B) İsim, say, əvəzlik
C) İsim, say, əvəzlik
D) Fel, zərf, qoşma
E) İsim, sifət, fel
Zərflik hansı cümlədədir?
I.O, imtahana tamamilə hazırdır.
II. Onda yaxşı qabiliyyət var.
III. Neftdən müxtəlif yağlar alınır.
A) I
B) II
C) III
D) II və III
E) I və III
Təsirsiz fellərə artırılan -ıl4 şəkilçisi hansı növ felləri əmələ gətirir?
A) qarşılıq-birgəlik növ
B) icbar növ
C) məchul növ
D) şəxssiz növ
E) məlum növ
Hansı cərgədə sözlərin sətirdən-sətrə keçirilməsində səhvə yol verilib?
A) mü-əy-yən , mü-şa-hi-də-çi-lik, igid-lik-lə
B) i-da-rə-çi-lik, sü-rət, a-lim-lər
C) ki-tab-lar, dəf-tər-çə-dən, şkaf-lar
D) stol-lar, cü-cə-lər, quş-lar
E) mü-əl-lim-lər, bən-na-lar, mü-hən-dis-lər
Cüttərkibli cümləni göstərin.
A) Qonaqları salamladılar.
B) Uşağın ağlamağı tutdu.
C) Dostumun kitabı Məhəmməddədir.
D) Müğənnini alqışladılar.
E) May ayının axırları idi.
Hansı cərgədəki sözlərin hamısı qalın saitlidir?
A) sinif, qalib, idrak, ütü
B) ana, əmi, küçə, uca
C) yaşamaq, namuslu, uşaq, varlıq
D) adam, kitab, odun, saqqal
E) güldan, stol, qeyrət, bibi
Hansı cərgədəki sifətlər əksmənalıdır?
A) yekə-iri
B) uca-hündür
C) isti-qaynar
D) balaca-kiçik
E) iri-xırda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top