Tapılan ümumi test sayı : 12

"Onuncuların yaxşı oxuması hamını sevindirir" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhvi göstərin.
A) İsimləşmişdir.
B) II şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi ilə işlənib.
C) Quruluşca düzəltmədir.
D) Sıra sayıdır, cəm və hal şəkilçiləri ilə işlənib.
E) III növ təyini söz birləşməsinin I tərəfi kimi işlənib.
Hansı cərgədəki söz birləşmələrini bir düzəltmə sözlə əvəz etmək mümkündür?
A) həyat nəğməsi, acıdil adam, gözəl xarakter
B) qayıq sürən, gül qabı, bağ becərən
C) məktəb direktoru, kafedra müdiri, ədəbiyyat müəllimi
D) yalan danışan adam, ali məktəbdə oxuyan  şəxs, kiçik yaşlı uşaq
E) klub işçisi, sinif rəhbəri, kitabın cildi
Qeyri-müəyyən təsirlik hala aid edilənəlamətlərdən biri səhvdir:
A) Həmişə təsirli feldən əvvəl gəlir.
B) Cümlədə vasitəsiz tamamlıq olur.
C) İkinci növ təyini söz birləşməsinin I tərəfi kimi işlənə bilər.
D) Nə? sualına cavab verir.
E) Şəkilçisi yoxdur.
Birinci tərəfi qeyri-müəyyən yiyəlik, ikinci tərəfi mənsubiyyət şəkilçisi mürəkkəb sözlər cərgəni göstərin:
A) sözdəyişdirici, həyatsevər
B) hacıleylək, maşınqayırma
C) quzuqulağı, stolüstü
D) Qonaqkənd, Göyçay
E) sarıköynək, itburnu
"Tənəllik" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) 3 hecadan ibarətdir: (tən-bəl-lik). Vurğu sonuncu hecaya düşür.
B) Sözdə [n], [b], [l] cingiltili samitləri, [t], [x] kar samitləri işlənib.
C) Sözdə dodaqlanmayan incə saitlərin ahəngi vardır.
D) 9 hərf və 9 səsdən ibarətdir.
E) [ə]-incə, açıq, dodaqlanmayan, [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
Antonimlik daha çox hansı nitq hissələrində özünü göstərir?
A) İsim, say, əvəzlik
B) Fel, zərf, qoşma
C) İsim, say, əvəzlik
D) Sifət, zərf, qoşma
E) İsim, sifət, fel
Zərflik hansı cümlədədir?
I.O, imtahana tamamilə hazırdır.
II. Onda yaxşı qabiliyyət var.
III. Neftdən müxtəlif yağlar alınır.
A) I
B) I və III
C) III
D) II və III
E) II
Təsirsiz fellərə artırılan -ıl4 şəkilçisi hansı növ felləri əmələ gətirir?
A) icbar növ
B) şəxssiz növ
C) qarşılıq-birgəlik növ
D) məlum növ
E) məchul növ
Hansı cərgədə sözlərin sətirdən-sətrə keçirilməsində səhvə yol verilib?
A) mü-əy-yən , mü-şa-hi-də-çi-lik, igid-lik-lə
B) i-da-rə-çi-lik, sü-rət, a-lim-lər
C) stol-lar, cü-cə-lər, quş-lar
D) ki-tab-lar, dəf-tər-çə-dən, şkaf-lar
E) mü-əl-lim-lər, bən-na-lar, mü-hən-dis-lər
Cüttərkibli cümləni göstərin.
A) Müğənnini alqışladılar.
B) Qonaqları salamladılar.
C) May ayının axırları idi.
D) Dostumun kitabı Məhəmməddədir.
E) Uşağın ağlamağı tutdu.
Hansı cərgədəki sözlərin hamısı qalın saitlidir?
A) ana, əmi, küçə, uca
B) adam, kitab, odun, saqqal
C) güldan, stol, qeyrət, bibi
D) yaşamaq, namuslu, uşaq, varlıq
E) sinif, qalib, idrak, ütü
Hansı cərgədəki sifətlər əksmənalıdır?
A) yekə-iri
B) uca-hündür
C) isti-qaynar
D) balaca-kiçik
E) iri-xırda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top