Tapılan ümumi test sayı : 23

Azərbaycan dramaturgiyasında ilk dəfə olaraq hansı əsərdə mifoloji obrazdan istifadə olunmuşdur?
A) "Adı var, özü yox" (N.Vəzirov)
B) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə)
C) "Nadir şah" (N.Nərimanov)
D) "Pəri-cadu" (Ə.Haqverdiyev)
E) "İblis" (H.avid)
Aşağıdakı şairlərdən biri satirik şerlər yazmamışdır:
A) Mirzə Baxış Nadim
B) Seyid Əzim Şirvani
C) Mirzəli Möcüz
D) Qasım bəy Zakir
E) Seyid Əbülqasim Nəbati
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) epiloq
B) zavyazka
C) epiqraf
D) ekspozisiya
E) proloq
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilmişdir?
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya. (S.Vurğun)

 
A) epifora
B) litota
C) mübaliğə
D) təzad
E) kinayə
N.Gəncəvinin hansı qəhrəmanı xain vəzirini dar ağacından asdırır, əvvəlki əyləncələrindən əl çəkib ölkəni idarə etməklə özü məşğul olur?
A) Məhinbanu
B) Hörmüz
C) Bəhram
D) İsgəndər
E) Xosrov
"Sələbiyyə" əsəri barədə verilən fikirlərdən biri səhvdir:
A) Əsərin müəllifi M.B.Xalxalidir.
B) Əsərdə yeri gəldikcə klassik şerin qəzəl, qəsidə, müxəmməs, rübai janrlarından da istifadə olunmuşdur.
C) Əsərin mərkəzində Tülkü surəti dayanır.
D) Mövzusu xalq arasında yayılmış nağıl və hekayətlərdən alınmışdır.
E) Əsər təmsil janrında, məsnəvi şəklində yazılmışdır.
S.Rəhimov epik növün hansı janrında daha böyük uğur qazanmışdır?
A) povest
B) hekayə
C) roman
D) hekayə, povest
E) povest, roman
Sarı Aşığın həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Gözəlləmə və təcnislər də yazılmışdır.
B) Bayatıları ilə məşhurdur.
C) Bayatılarında məhəbbət, dostluq, nəciblik vəsf edilir.
D) Yaxşı adlı bir gözəli sevmiş, ona şerlər qoşmuşdur.
E) XVIII yüzillikdə yaşamışdır.
M.P.Vaqifin və Aşıq Ələsgərin "Görmədim" əsərləri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Hər iki əsər ictimai məzmunlu lirikaya daxildir.
B) Vaqifin "Görmədim" şeri müxəmməs, Aşıq Ələsgərin "Görmədim" şeri isə gəraylı janrında yazılmışdır.
C) Vaqifin şeri əruz vəznində, Aşıq Ələsgərin şeri isə heca vəznindədir.
D) Hər iki əsərdə cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə etiraz öz əksini tapıb.
E) Hər iki əsərdə lirik qəhrəman ittihamçı mövqeyində dayanır.
Cərgələrdən birində cingiltili samitlər sırasına iki kar samit əlavə olunmuşdur:
A) v, j, d, z, c, g, y
B) z, j, q, ğ, g, t, s
C) l, m, n, r, g, d, p
D) q, ğ, d, j, z, b, k
E) f, t, s, p, ş, j, z
Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi, rus şərqşünaslığının banilərindən biri:
A) N.İ.Aşmarin
B) M.Kaşğari
C) M.Kazım bəy
D) B.Çobanzadə
E) V.V.Radlov
"İndi ki ixtiyar məndədir, mən razı deyiləm"   tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) səbəb budaq cümləsi
B) təyin budaq cümləsi
C) xəbər budaq cümləsi
D) şərt budaq cümləsi
E) qarşılaşdırma budaq cümləsi
"Nailiyyət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) [i] və [ə] - incə, ddaqlanmayan saitlərdir.
B) Sözdəki samitlərdən biri - [t] kar, qalanları isə cingiltilidir.
C) Deyilişi ilə yazılışı fərqlənir.
D) Vurğu ikinci hecanın üzərinə düşür.
E) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
"Mimika" termininin izahı hansı cavabda dəqiq göstərilib?
A) Dialekt sözüdür.
B) Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadə etməkdir.
C) Üz əzələlərinin mənalı hərəkətidir.
D) Düzgün nitqə verilən şərtlərdən biridir.
E) Razılılq bildiren nitq etiketidir.
Cümlələrdən birində xitab əlavəli işlənmişdir:
A) Dünən, mayın 15-də  rəssamların sərgisi açıldı.
B) Gələn Əlidir - bacım oğludur.
C) Biz, milli ordunun döyüşçüləri, Vətəni qorumağa and içirik.
D) Günaya - XI sinif şagirdinə mükafat verildi.
E) Çiçəklən, Azərbaycan - doğma Vətən!
"Təsriflənməzdim" sözünün  morfoloji təhlilindəki səhvi göstərin.
A) Xəbər şəklindədir.
B) Şühudi keçmiş zamanda, I şəxsin təkindədir.
C) İsimdən düzəlmiş feldir.
D) Məlum növdədir.
E) Təsirlidir, inkardadır.
"Yavaş-yavaş, sürətlə" sözləri zərfin hansı məna növünə aiddir?
A) tərzi-hərəkət
B) səbəb
C) miqdar
D) zaman
E) yer
Felin hansı qrammatik məna növünün xüsusi şəkilçisi olmur?
A) məchul
B) qayıdış
C) şəxssiz
D) icbar
E) məlum
Sinonim sözlər cərgəsini göstərin.
A) gödək, alçaq, girdə
B) girdə, gödək, gövdəli
C) gödək, qısa, alçaq
D) girdə, yumru, balaca
E) balaca, dolğun, sısqa
"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) məhdudlaşdırıcı
B) qüvvətləndirici
C) əmr
D) dəqiqləşdirici
E) arzu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top