Tapılan ümumi test sayı : 23

Azərbaycan dramaturgiyasında ilk dəfə olaraq hansı əsərdə mifoloji obrazdan istifadə olunmuşdur?
A) "Nadir şah" (N.Nərimanov)
B) "Pəri-cadu" (Ə.Haqverdiyev)
C) "İblis" (H.avid)
D) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə)
E) "Adı var, özü yox" (N.Vəzirov)
Aşağıdakı şairlərdən biri satirik şerlər yazmamışdır:
A) Seyid Əzim Şirvani
B) Qasım bəy Zakir
C) Seyid Əbülqasim Nəbati
D) Mirzə Baxış Nadim
E) Mirzəli Möcüz
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) epiloq
B) epiqraf
C) zavyazka
D) ekspozisiya
E) proloq
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilmişdir?
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya. (S.Vurğun)

 
A) epifora
B) litota
C) təzad
D) kinayə
E) mübaliğə
N.Gəncəvinin hansı qəhrəmanı xain vəzirini dar ağacından asdırır, əvvəlki əyləncələrindən əl çəkib ölkəni idarə etməklə özü məşğul olur?
A) İsgəndər
B) Bəhram
C) Məhinbanu
D) Hörmüz
E) Xosrov
"Sələbiyyə" əsəri barədə verilən fikirlərdən biri səhvdir:
A) Mövzusu xalq arasında yayılmış nağıl və hekayətlərdən alınmışdır.
B) Əsər təmsil janrında, məsnəvi şəklində yazılmışdır.
C) Əsərdə yeri gəldikcə klassik şerin qəzəl, qəsidə, müxəmməs, rübai janrlarından da istifadə olunmuşdur.
D) Əsərin mərkəzində Tülkü surəti dayanır.
E) Əsərin müəllifi M.B.Xalxalidir.
S.Rəhimov epik növün hansı janrında daha böyük uğur qazanmışdır?
A) hekayə, povest
B) povest
C) povest, roman
D) roman
E) hekayə
Sarı Aşığın həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Gözəlləmə və təcnislər də yazılmışdır.
B) Bayatıları ilə məşhurdur.
C) Yaxşı adlı bir gözəli sevmiş, ona şerlər qoşmuşdur.
D) Bayatılarında məhəbbət, dostluq, nəciblik vəsf edilir.
E) XVIII yüzillikdə yaşamışdır.
M.P.Vaqifin və Aşıq Ələsgərin "Görmədim" əsərləri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Hər iki əsərdə lirik qəhrəman ittihamçı mövqeyində dayanır.
B) Hər iki əsərdə cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə etiraz öz əksini tapıb.
C) Hər iki əsər ictimai məzmunlu lirikaya daxildir.
D) Vaqifin şeri əruz vəznində, Aşıq Ələsgərin şeri isə heca vəznindədir.
E) Vaqifin "Görmədim" şeri müxəmməs, Aşıq Ələsgərin "Görmədim" şeri isə gəraylı janrında yazılmışdır.
Cərgələrdən birində cingiltili samitlər sırasına iki kar samit əlavə olunmuşdur:
A) q, ğ, d, j, z, b, k
B) f, t, s, p, ş, j, z
C) v, j, d, z, c, g, y
D) l, m, n, r, g, d, p
E) z, j, q, ğ, g, t, s
Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi, rus şərqşünaslığının banilərindən biri:
A) N.İ.Aşmarin
B) V.V.Radlov
C) B.Çobanzadə
D) M.Kaşğari
E) M.Kazım bəy
"İndi ki ixtiyar məndədir, mən razı deyiləm"   tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) səbəb budaq cümləsi
B) təyin budaq cümləsi
C) xəbər budaq cümləsi
D) şərt budaq cümləsi
E) qarşılaşdırma budaq cümləsi
"Nailiyyət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) Deyilişi ilə yazılışı fərqlənir.
B) Sözdəki samitlərdən biri - [t] kar, qalanları isə cingiltilidir.
C) [i] və [ə] - incə, ddaqlanmayan saitlərdir.
D) Vurğu ikinci hecanın üzərinə düşür.
E) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
"Mimika" termininin izahı hansı cavabda dəqiq göstərilib?
A) Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadə etməkdir.
B) Razılılq bildiren nitq etiketidir.
C) Düzgün nitqə verilən şərtlərdən biridir.
D) Üz əzələlərinin mənalı hərəkətidir.
E) Dialekt sözüdür.
Cümlələrdən birində xitab əlavəli işlənmişdir:
A) Çiçəklən, Azərbaycan - doğma Vətən!
B) Gələn Əlidir - bacım oğludur.
C) Günaya - XI sinif şagirdinə mükafat verildi.
D) Biz, milli ordunun döyüşçüləri, Vətəni qorumağa and içirik.
E) Dünən, mayın 15-də  rəssamların sərgisi açıldı.
"Təsriflənməzdim" sözünün  morfoloji təhlilindəki səhvi göstərin.
A) İsimdən düzəlmiş feldir.
B) Təsirlidir, inkardadır.
C) Şühudi keçmiş zamanda, I şəxsin təkindədir.
D) Xəbər şəklindədir.
E) Məlum növdədir.
"Yavaş-yavaş, sürətlə" sözləri zərfin hansı məna növünə aiddir?
A) zaman
B) yer
C) səbəb
D) tərzi-hərəkət
E) miqdar
Felin hansı qrammatik məna növünün xüsusi şəkilçisi olmur?
A) şəxssiz
B) icbar
C) məchul
D) məlum
E) qayıdış
Sinonim sözlər cərgəsini göstərin.
A) balaca, dolğun, sısqa
B) girdə, gödək, gövdəli
C) gödək, alçaq, girdə
D) gödək, qısa, alçaq
E) girdə, yumru, balaca
"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) qüvvətləndirici
B) arzu
C) məhdudlaşdırıcı
D) əmr
E) dəqiqləşdirici
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top