Tapılan ümumi test sayı : 23

Azərbaycan dramaturgiyasında ilk dəfə olaraq hansı əsərdə mifoloji obrazdan istifadə olunmuşdur?
A) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə)
B) "Adı var, özü yox" (N.Vəzirov)
C) "Nadir şah" (N.Nərimanov)
D) "İblis" (H.avid)
E) "Pəri-cadu" (Ə.Haqverdiyev)
Aşağıdakı şairlərdən biri satirik şerlər yazmamışdır:
A) Seyid Əzim Şirvani
B) Mirzəli Möcüz
C) Seyid Əbülqasim Nəbati
D) Mirzə Baxış Nadim
E) Qasım bəy Zakir
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) proloq
B) zavyazka
C) epiloq
D) ekspozisiya
E) epiqraf
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilmişdir?
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya. (S.Vurğun)

 
A) təzad
B) mübaliğə
C) epifora
D) kinayə
E) litota
N.Gəncəvinin hansı qəhrəmanı xain vəzirini dar ağacından asdırır, əvvəlki əyləncələrindən əl çəkib ölkəni idarə etməklə özü məşğul olur?
A) Hörmüz
B) Xosrov
C) Məhinbanu
D) İsgəndər
E) Bəhram
"Sələbiyyə" əsəri barədə verilən fikirlərdən biri səhvdir:
A) Əsərin müəllifi M.B.Xalxalidir.
B) Əsər təmsil janrında, məsnəvi şəklində yazılmışdır.
C) Əsərin mərkəzində Tülkü surəti dayanır.
D) Mövzusu xalq arasında yayılmış nağıl və hekayətlərdən alınmışdır.
E) Əsərdə yeri gəldikcə klassik şerin qəzəl, qəsidə, müxəmməs, rübai janrlarından da istifadə olunmuşdur.
S.Rəhimov epik növün hansı janrında daha böyük uğur qazanmışdır?
A) hekayə
B) povest, roman
C) roman
D) hekayə, povest
E) povest
Sarı Aşığın həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Bayatıları ilə məşhurdur.
B) Gözəlləmə və təcnislər də yazılmışdır.
C) Yaxşı adlı bir gözəli sevmiş, ona şerlər qoşmuşdur.
D) Bayatılarında məhəbbət, dostluq, nəciblik vəsf edilir.
E) XVIII yüzillikdə yaşamışdır.
M.P.Vaqifin və Aşıq Ələsgərin "Görmədim" əsərləri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Vaqifin şeri əruz vəznində, Aşıq Ələsgərin şeri isə heca vəznindədir.
B) Hər iki əsərdə cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə etiraz öz əksini tapıb.
C) Hər iki əsər ictimai məzmunlu lirikaya daxildir.
D) Vaqifin "Görmədim" şeri müxəmməs, Aşıq Ələsgərin "Görmədim" şeri isə gəraylı janrında yazılmışdır.
E) Hər iki əsərdə lirik qəhrəman ittihamçı mövqeyində dayanır.
Cərgələrdən birində cingiltili samitlər sırasına iki kar samit əlavə olunmuşdur:
A) z, j, q, ğ, g, t, s
B) l, m, n, r, g, d, p
C) q, ğ, d, j, z, b, k
D) f, t, s, p, ş, j, z
E) v, j, d, z, c, g, y
Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi, rus şərqşünaslığının banilərindən biri:
A) M.Kazım bəy
B) M.Kaşğari
C) N.İ.Aşmarin
D) V.V.Radlov
E) B.Çobanzadə
"İndi ki ixtiyar məndədir, mən razı deyiləm"   tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) səbəb budaq cümləsi
B) qarşılaşdırma budaq cümləsi
C) təyin budaq cümləsi
D) xəbər budaq cümləsi
E) şərt budaq cümləsi
"Nailiyyət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) Sözdəki samitlərdən biri - [t] kar, qalanları isə cingiltilidir.
B) Deyilişi ilə yazılışı fərqlənir.
C) [i] və [ə] - incə, ddaqlanmayan saitlərdir.
D) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
E) Vurğu ikinci hecanın üzərinə düşür.
"Mimika" termininin izahı hansı cavabda dəqiq göstərilib?
A) Üz əzələlərinin mənalı hərəkətidir.
B) Dialekt sözüdür.
C) Düzgün nitqə verilən şərtlərdən biridir.
D) Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadə etməkdir.
E) Razılılq bildiren nitq etiketidir.
Cümlələrdən birində xitab əlavəli işlənmişdir:
A) Günaya - XI sinif şagirdinə mükafat verildi.
B) Dünən, mayın 15-də  rəssamların sərgisi açıldı.
C) Biz, milli ordunun döyüşçüləri, Vətəni qorumağa and içirik.
D) Çiçəklən, Azərbaycan - doğma Vətən!
E) Gələn Əlidir - bacım oğludur.
"Təsriflənməzdim" sözünün  morfoloji təhlilindəki səhvi göstərin.
A) Şühudi keçmiş zamanda, I şəxsin təkindədir.
B) Xəbər şəklindədir.
C) İsimdən düzəlmiş feldir.
D) Məlum növdədir.
E) Təsirlidir, inkardadır.
"Yavaş-yavaş, sürətlə" sözləri zərfin hansı məna növünə aiddir?
A) səbəb
B) miqdar
C) tərzi-hərəkət
D) zaman
E) yer
Felin hansı qrammatik məna növünün xüsusi şəkilçisi olmur?
A) məchul
B) qayıdış
C) icbar
D) şəxssiz
E) məlum
Sinonim sözlər cərgəsini göstərin.
A) gödək, qısa, alçaq
B) balaca, dolğun, sısqa
C) gödək, alçaq, girdə
D) girdə, yumru, balaca
E) girdə, gödək, gövdəli
"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) məhdudlaşdırıcı
B) qüvvətləndirici
C) dəqiqləşdirici
D) arzu
E) əmr
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top