Tapılan ümumi test sayı : 25

beytin müəllifi kimdir?
Tərk edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.
A) Q.Zakir
B) X.Natəvan
C) S.Ə.Şirvani
D) S.Ə.Nəbati
E) M.Ş.Vazeh
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində öz əksini tapmışdır:
1. Şairin uşaqlıq xatirələri
2. Doğulduğu yerin gözəl mənzərələri
3. Atom sınağının dəhşətləri
4. Xalqın adət-ənənələri
5. İstedadlı rəssam, şair və alimlərinacınacaqlı taleyi
A) 3, 4, 5
B) 1, 2, 3
C) 1, 2, 4
D) 3, 5
E) 2, 3
Biri müxəmməs janrında deyil:
A) M.Ə.Sabir. "Səttarxana"
B) M.P.Vaqif. "Var"
C) S.Ə.Şirvani. "Guş qıl..."
D) Q.Zakir. "Eylər"
E) M.P.Vaqif. "Görmədim"
Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim deyildir öz yerində xeyrü şər.

Müxəmməs janrında yazılmış bu şerin müəllifini göstərin.
A) İ.Nəsimi
B) M.P.Vaqif
C) M.Füzuli
D) M.V.Vidadi
E) Q.Zakir
Alleqoriya haqqındakı fikirlərdən biri yanlışdır:
A) Alleqoriyada insanlara xas olan xüsusiyyətlər cansızların, bitkilərin, heyvanların timsalında təsvir olunur.
B) Alleqorik əsərlərdə həm romantik, həm də realist ədəbiyyatda rast gəlmək olar.
C) Alleqoriya bədii əksetdirmənin müxtəlif ədəbi növlərədə özünü göstərən bir formasıdır.
D) Alleqoriya ədəbi janrdır.
E) Təmsil alleqorik janrdır. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani bu janrın klassik nümunələrini yaratmışlar.
"Koroğlu" və "Dədə-Qorqud" dastanları üçün ortaq xüsusiyyət hansılar sayıla bilər?
1. Eyni tarixi dövrdə və şəraitdə yaranmaları
2. Hər ikisində ayrı-ayrı qəhrəmanlarla bağlı müxtəlif əhvalatların toplanması
3. Həm Dədə-Qorqud, həm də Koroğlunun iki funksiyani-qəhrəman və aşıq funksiyalarını özündə birləşdirmələri
4. Eyni janrlarda şerlərin verilməsi
5. Eyni ideya və mənəviyyatın əks olunması
6. Aşıq - ozan obrazının verilməsi
A) 1, 2, 3
B) 2, 4
C) 3, 5, 6
D) 1, 4
E) 2, 5, 6
XIX əsrin sonlarında Tiflisdə nəşr edilən qəzetlər:
A) "Kəşkül", "Açıq söz", "Hümmət"
B) "Ziya", "Ziyayi - Qafqaziyyə", "Kəşkül"
C) "Azərbaycan", "Hümmət", "Açıq söz"
D) "Tazə həyat", "Kəşkül", "Əkinçi"
E) "Tazə həyat", "Həyat", "İrşad"
N.Nərimanovun "Nadir şah" faciəsi iə bağlı fikirlərdən biri yanlışdır:
A) 1905-ci ilə qədər əsərin tamaşaya qoyulmasına icazə verilməmişdir.
B) Əsərdə dramaturqun dövlət quruluşu haqqındakı ideyaları öz əksini tapmışdır.
C) Əsərdə hakimiyyət uğrunda gedən saray çəkişmələrinin təsirinə də rast gəlirik.
D) Ədəbiyyatımızda ilk tarixi faciədir.
E) Əsər Nadirin yalnız şahlıq dövrünü əhatə edir.
Bu sənətkarlardan biri Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi deyil?
A) S.Mənsur
B) A.İldırım
C) Ə.Hüseynzadə
D) C.Hacıbəyli
E) M.Rəsulzadə
Yalnız fars dilində yazan şairlərin cərgəsini göstərin.
A) Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli
B) Fələki Şirvani, Əbül-Üla Gəncəvi, İmadəddin Nəsimi
C) Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi
D) Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi
E) Əfzələddin Xaqani, İzəddin Həsənoğlu, Qazi Bürhanəddin
Hansı birləşmənin birinci tərəfində iltisaqilik prinsipi pozulmuşdur?
A) tibbi yardım
B) şərti işarə
C) dini anlayışlar
D) məntiqi fikir
E) fikri yazı
-dıq4 şəkilçisi mənsubiyyət şəkilçisi ilə işlənərək aşağıdakılardan hansını əmələ gətirir?
A) nəqli keçmiş zamanı
B) keçmiş zamanın rəvayətini
C) feli sifəti
D) feli bağlamanı
E) sifəti
Hansı cümlə intonasiya əsasında yaranmış xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir?
A) Nə qədər Cahandar ağa sağdır, o, kənddə əl-qol aça bilməyəcəkdir.
B) Nə qədər bacarırsan, qabağa get.
C) Adam var başına səpəsən güllər,
Adam var gözünə çəkəsən millər.
D) Soruşan kimdir, buyursun.
E) Yaxşısı budur, görüləsi işlərimizi müəyyənləşdirək.
"Təyyarə görəndə biz uşaq kimi sevinərdik"   cümləsindəki isimlərin təhlili ilə bağlı səhv hansıdır?
A) Hər ikisi konkret isimdir.
B) Hər ikisi ümumi isimdir.
C) Birinci isim fellə bağlıdır.
D) Hər ikisi quruluşca sadə isimdir.
E) Hər ikisi adlıq haldadır.
Başqa dillərdən Azərbaycan dilinə hansı şəkilçilər keçmir?
A) qrammatik şəkilçilər
B) isimdən sifət düzəldən şəkilçilər
C) leksik şəkilçilər
D) isimdən isim düzəldən şəkilçilər
E) ön şəkilçilər
"Üzvlük" sözünün fonetik təhlilinəki səhvləri göstərin:
1. Səslərin sayı hərflərin sayından artıqdır.
2. Sözdə iki incə, qapalı, dodaqlanan sait var.
3. Bir kar, üç cingitili samit işlənmişdir.
4. Vurğu birinci hecaya düşür.
5. Sözdə incə saitlərin ahəngi gözlənilir.
A) 2, 4
B) 1, 2
C) 1, 3, 4
D) 1, 4, 5
E) 3, 5
Hansı birləşmənin birinci tərəfi sifət deyil?
A) sınıq körpü
B) zoğalı rəng
C) ağıllı məsləhət
D) gümüş qaşıq
E) möhkəm divar
"Başqa, özgə, qeyri" qoşmaları ilə cümlənin hansı üzvü xüsusiləşir?
A) mübtəda
B) zərflik
C) təyin
D) tamamlıq
E) xəbər
Hansı söz yalnız qoşma kimi işlənir?
A) ilə
B) ötrü
C) kimi
D) əlavə
E) qeyri
Cümlədə söz sırasına əməl olunmamışdırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) leksik
B) həm leksik, həm qrammatik
C) qrammatik
D) orfoqrafik
E) orfoepik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top