Tapılan ümumi test sayı : 25

beytin müəllifi kimdir?
Tərk edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.
A) X.Natəvan
B) S.Ə.Şirvani
C) Q.Zakir
D) S.Ə.Nəbati
E) M.Ş.Vazeh
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində öz əksini tapmışdır:
1. Şairin uşaqlıq xatirələri
2. Doğulduğu yerin gözəl mənzərələri
3. Atom sınağının dəhşətləri
4. Xalqın adət-ənənələri
5. İstedadlı rəssam, şair və alimlərinacınacaqlı taleyi
A) 3, 4, 5
B) 1, 2, 4
C) 3, 5
D) 1, 2, 3
E) 2, 3
Biri müxəmməs janrında deyil:
A) Q.Zakir. "Eylər"
B) M.P.Vaqif. "Var"
C) M.Ə.Sabir. "Səttarxana"
D) M.P.Vaqif. "Görmədim"
E) S.Ə.Şirvani. "Guş qıl..."
Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim deyildir öz yerində xeyrü şər.

Müxəmməs janrında yazılmış bu şerin müəllifini göstərin.
A) M.Füzuli
B) M.V.Vidadi
C) Q.Zakir
D) M.P.Vaqif
E) İ.Nəsimi
Alleqoriya haqqındakı fikirlərdən biri yanlışdır:
A) Alleqorik əsərlərdə həm romantik, həm də realist ədəbiyyatda rast gəlmək olar.
B) Alleqoriyada insanlara xas olan xüsusiyyətlər cansızların, bitkilərin, heyvanların timsalında təsvir olunur.
C) Alleqoriya bədii əksetdirmənin müxtəlif ədəbi növlərədə özünü göstərən bir formasıdır.
D) Alleqoriya ədəbi janrdır.
E) Təmsil alleqorik janrdır. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani bu janrın klassik nümunələrini yaratmışlar.
"Koroğlu" və "Dədə-Qorqud" dastanları üçün ortaq xüsusiyyət hansılar sayıla bilər?
1. Eyni tarixi dövrdə və şəraitdə yaranmaları
2. Hər ikisində ayrı-ayrı qəhrəmanlarla bağlı müxtəlif əhvalatların toplanması
3. Həm Dədə-Qorqud, həm də Koroğlunun iki funksiyani-qəhrəman və aşıq funksiyalarını özündə birləşdirmələri
4. Eyni janrlarda şerlərin verilməsi
5. Eyni ideya və mənəviyyatın əks olunması
6. Aşıq - ozan obrazının verilməsi
A) 2, 5, 6
B) 2, 4
C) 1, 2, 3
D) 3, 5, 6
E) 1, 4
XIX əsrin sonlarında Tiflisdə nəşr edilən qəzetlər:
A) "Azərbaycan", "Hümmət", "Açıq söz"
B) "Tazə həyat", "Həyat", "İrşad"
C) "Tazə həyat", "Kəşkül", "Əkinçi"
D) "Kəşkül", "Açıq söz", "Hümmət"
E) "Ziya", "Ziyayi - Qafqaziyyə", "Kəşkül"
N.Nərimanovun "Nadir şah" faciəsi iə bağlı fikirlərdən biri yanlışdır:
A) 1905-ci ilə qədər əsərin tamaşaya qoyulmasına icazə verilməmişdir.
B) Ədəbiyyatımızda ilk tarixi faciədir.
C) Əsərdə dramaturqun dövlət quruluşu haqqındakı ideyaları öz əksini tapmışdır.
D) Əsər Nadirin yalnız şahlıq dövrünü əhatə edir.
E) Əsərdə hakimiyyət uğrunda gedən saray çəkişmələrinin təsirinə də rast gəlirik.
Bu sənətkarlardan biri Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi deyil?
A) M.Rəsulzadə
B) A.İldırım
C) Ə.Hüseynzadə
D) C.Hacıbəyli
E) S.Mənsur
Yalnız fars dilində yazan şairlərin cərgəsini göstərin.
A) Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli
B) Əfzələddin Xaqani, İzəddin Həsənoğlu, Qazi Bürhanəddin
C) Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi
D) Fələki Şirvani, Əbül-Üla Gəncəvi, İmadəddin Nəsimi
E) Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi
Hansı birləşmənin birinci tərəfində iltisaqilik prinsipi pozulmuşdur?
A) dini anlayışlar
B) fikri yazı
C) məntiqi fikir
D) tibbi yardım
E) şərti işarə
-dıq4 şəkilçisi mənsubiyyət şəkilçisi ilə işlənərək aşağıdakılardan hansını əmələ gətirir?
A) feli bağlamanı
B) feli sifəti
C) keçmiş zamanın rəvayətini
D) sifəti
E) nəqli keçmiş zamanı
Hansı cümlə intonasiya əsasında yaranmış xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir?
A) Adam var başına səpəsən güllər,
Adam var gözünə çəkəsən millər.
B) Yaxşısı budur, görüləsi işlərimizi müəyyənləşdirək.
C) Nə qədər bacarırsan, qabağa get.
D) Nə qədər Cahandar ağa sağdır, o, kənddə əl-qol aça bilməyəcəkdir.
E) Soruşan kimdir, buyursun.
"Təyyarə görəndə biz uşaq kimi sevinərdik"   cümləsindəki isimlərin təhlili ilə bağlı səhv hansıdır?
A) Hər ikisi quruluşca sadə isimdir.
B) Hər ikisi konkret isimdir.
C) Birinci isim fellə bağlıdır.
D) Hər ikisi ümumi isimdir.
E) Hər ikisi adlıq haldadır.
Başqa dillərdən Azərbaycan dilinə hansı şəkilçilər keçmir?
A) isimdən sifət düzəldən şəkilçilər
B) ön şəkilçilər
C) isimdən isim düzəldən şəkilçilər
D) leksik şəkilçilər
E) qrammatik şəkilçilər
"Üzvlük" sözünün fonetik təhlilinəki səhvləri göstərin:
1. Səslərin sayı hərflərin sayından artıqdır.
2. Sözdə iki incə, qapalı, dodaqlanan sait var.
3. Bir kar, üç cingitili samit işlənmişdir.
4. Vurğu birinci hecaya düşür.
5. Sözdə incə saitlərin ahəngi gözlənilir.
A) 2, 4
B) 3, 5
C) 1, 4, 5
D) 1, 2
E) 1, 3, 4
Hansı birləşmənin birinci tərəfi sifət deyil?
A) gümüş qaşıq
B) ağıllı məsləhət
C) möhkəm divar
D) zoğalı rəng
E) sınıq körpü
"Başqa, özgə, qeyri" qoşmaları ilə cümlənin hansı üzvü xüsusiləşir?
A) tamamlıq
B) mübtəda
C) zərflik
D) xəbər
E) təyin
Hansı söz yalnız qoşma kimi işlənir?
A) qeyri
B) ötrü
C) ilə
D) əlavə
E) kimi
Cümlədə söz sırasına əməl olunmamışdırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) qrammatik
B) həm leksik, həm qrammatik
C) orfoqrafik
D) orfoepik
E) leksik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top