Tapılan ümumi test sayı : 24

Bu xüsusiyyətlərdən biri Xudayar bəyə ("Danabaş kəndinin əhvalatları") aid  edilə bilməz:
A) O, qanunsuzluğun, özbaşınalığın, Məhəmmədhəsən əmilərə zülm edən bir mühitin törəməsidir.
B) Qlava Kərbəlayı İsmayılla "qohumluq" onu əli dəyənəkli edib.
C) Görmədiyi günə çıxıb deyə, hərəkətlərinin ölçü-biçisi yoxdur.
D) Bir neçə manat pul tapmır ki, verib kəbin kəsdirsin, nəticədə yazıq Məhəmmədhəsən əminin ulağını girov qoymalı olur.
E) Özünü kəndli hüquqlarının müdafiəçisi kimi tanıtmağa çalışır.
Biri müxəmməs janrındadır:
A) A.Bakıxanov. "Dil eşq yolunda zar olubdur..."
B) M.Ş.Vazeh. "Nə qədər kim, fələyin sabitü səyyarəsi var"
C) M.P.Vaqif. "Bax"
D) M.Ş.Vazeh. "Süsəni"
E) Q.Zakir. "Bax"
"Sinekdoxa" hansı bədii təsvir vasitəsinin bir növü sayılır?
A) metaforanın
B) epitetin
C) təşbehin
D) simvolun
E) metonimiyanın
Hansı şairin yaradıcılığında ictimai kədər əsas məzmun xüsusiyyəti kimi özünü göstərir?
A) M.V.Vidadi
B) Q.Zakir
C) S.Ə.Nəbati
D) A.Bakıxanov
E) M.P.Vaqif
C.Cabbarlı satirik şerlərində daha çox hansı şairin yaradıcılıq ənənələrini davam etdirmişdir?
A) M.Ə.Möcüzün
B) Q.Zakirin
C) M.Ə.Sabirin
D) S.Ə.Şirvaninin
E) Ə.Nəzminin
A.Bakıxanov, İ.Qutqaşınlı və M.Ş.Vazehin yaradıcılığı üçün ortaq cəhət hansıdır?
A) xalq ədəbiyyatından və aşıq şerindən geniş istifadə etmələri
B) maarifçilik ideyalarının ifadəsinə xüsusi diqqət yetirmələri
C) klassik üslubda şer yazmaları
D) çar hakimlərinin zülmü əleyhinə mübarizə mövzusuna  geniş yer vermələri
E) romantizm ədəbi cərəyanına mənsub olmaları
Şah İsmayıl Xətainin "Dəhnamə" poeması ilə bağlı yalnış fikirləri seçin.
1. Görüşüb ayrılan sevgililərin keçirdiyi hisslər, vida səhnəsi "Sən qal imdi" rədifli qəzəldə ümumiləşdirilir.
2. Buradakı eşq dünyəvi mahiyyət daşıdığı üçün əsər realist poema hesab edilir.
3. Bəzi məktubları Məşuqəyə Göz yaşı çatdırır.
4. Ənənəvi başlıqardan sonra nəsrlə yazılmış girişdən istifadə olunur.
5. Məsnəviyə daxil edilmiş lirik şerlərdə şair öz təxəllüsünü vermir.
A) 1, 2, 4
B) 2, 3
C) 1, 3, 4
D) 3, 5
E) 2, 4, 5
"Kitabi-Dədə Qorqud" eposu ilə bağlı fikirlərdən biri səhvdir:
A) Müxtəlif boyalardan ibarət olsa da, əsər bütöv bir dastan kimi məşhurdur.
B) Yalnız nəşr şəklindədir.
C) Boylar ozanların müxtəlif zamanlarda yaratdığı ayrı-ayrı dastanlardır.
D) İki əlyazması vardır.
E) Hadisələr, əsasən, Azərbaycanda baş verir.
Bu qəzetlərədən biri XIX əsrin sonlarında Təbrizdə nəşr olunmuşdur:
A) "Həyat"
B) "Əkinçi"
C) "Kəşkül"
D) "Ziya"
E) "Əlhədid"
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində öz əksini tapmışdır:
1. Xalqın məişəti ilə bağlı hadisələr
2. Novruz adətləri
3. Xalqın azadlıq uğrunda mübarizəsi
4. Xalqın ayrılıq dərdi
5. İran-İraq müharibəsində döyüşən azərbaycanlıların faciəsi
A) 2, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 1, 2, 4
E) 1, 3, 5
Ünsiyyət prosesidir:
A) dil
B) nitq fəaliyyəti
C) nitq forması
D) nitq
E) dilin qrammatik quruluşu
Bu şəkilçilrdən biri mənsubiyyət şəkilçisi ilə işlənərək keçmiş zaman feli sifəti əmələ gətirir:
A) -acaq2
B) -ası2
C) -dıq4
D) -mış4
E) -an2
Alınma şəkilçilər haqqında hansı fikir düzgündür?
A) Dörd cür yazılır.
B) Dilimizə yalnız feldən isim düzəldən şəkilçilər keçə bilər.
C) Yalnız leksik şəkilçilərdən ibarət olur.
D) Həm leksik, həm qrammatik şəkilçilər alınma ola bilər.
E) Dilimizə yalnız fars dilindən şəkilçi keçmişdir.
Sözlərin üçünün də omonim olduğu cərgəni göstərin.
A) qurd, az, dəniz
B) al, don, əsr
C) divan, həyat, surət
D) qoruq, kök, kəsr
E) at, tut, yay
Hansı birləşmənin birinci tərəfində iltisaqilik prinsipi pozulmuşdur?
A) qəribə hadisə
B) hərfi yazı
C) şəkli yazı
D) düzgün qərar
E) elmi əsər
"Müəyyən" sözünün fonetik təhlili ilə bağlı səhvi göstərin.
A) İncə saitlərin ahəngi gözlənilib.
B) Sözdə iki açıq, incə, dodaqlanmayan sait vardır.
C) Sözdə 4 cingiltili samit vardır.
D) Vurğu üçüncü hecadadır.
E) [mə:yən] kimi tələffüz olunur.
Vurğusu son hecaya düşməyən terminlər cərgəsini göstərin.
A) flora, funksiya, qrafik
B) leksika, təkrir, neyron
C) parabola, relyef, reaksiya
D) vegetasiya, realizm, era
E) fonetika, poeziya, sulfat
Biri bağlayıcıdır:
A) ehtimal ki
B) madam ki
C) gərək ki
D) yəqin ki
E) elə bil ki
Bədii üslubun ən az təsir göstərdiyi üslublar hansılardır?
1. elmi
2. publisistik
3. rəsmi-işgüzar
4. məişət
A) 1, 3
B) 2, 3
C) 1, 2
D) 3, 4
E) 2, 4
Gözümdən kağıza yaş dama-dama,
Söykənib dururam yazı masama.

Şerdə qafiyə olan sözlər morfoloji cəhətdən nədir?
A) feli bağlama və sifət
B) zərf və isim
C) sifət və isim
D) feli bağlama və isim
E) feli sifət və isim
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top