Tapılan ümumi test sayı : 13

Feli bağlama haqqında deyilənlərdən biri yanlışdır:
A) Cümlədə daha çox təyin olur
B) Azərbaycan dilində feli bağlama şəkilçiləri çoxdur
C) Feli bağlamaları əmələ gətirən şəkilçilərə feli bağlama şəkilçiləri deyilir
D) Feli bağlama başqa bir felə aid olmaqla, həmin felin bildirdiyi hərəkəti izah edir
Feli bağlamanın felə aid xüsusiyyətlərindən hansı səhvdir?
A) Hərəkət bildirir
B) Təsirli və təsirsiz olur
C) Cümlədə zərflik olur
D) Təsdiq və inkarda olur
Feli bağlamanın hansı şəkilçisi həm feli bağlama şəkilçisi, həm də zaman şəkilçisidir:
A) - ıb4
B) - araq2
C) - anda2
D) - madan2
Feli bağlama haqqında fikirlərdən biri düzgündür:
A) Qaçıb gəlmək – birləşməsində qaçıb feli bağlaması gəlmək hərəkətinin necə icra edildiyini bildirir
B) Felin qrammatik məna növləri üzrə dəyişə bilmir
C) Feli bağlama cümlədə təyin olur
D) Azərbaycan dilində feli bağlama şəkilçiləri yoxdur
Feli bağlama ilə bağlı fikirlərdən biri səhvdir:
A) Feli bağlama da zərf kimi, felə aid olub hərəkəti izah edir
B) Zaman şəkilçiləri qəbul edir və şəxsə görə dəyişir
C) Təsirli və təsirsiz olur
D) Feli bağlama cümlədə zərflik olur
Aşağıdakı şəkilçilərdən biri feli bağlama şəkilçisi deyil
A) -madan
B) -inca
C) -anda
D) -ar...-maz
E) -diq
Hansı feli bağlamadır?
A) geder-gelmez
B) geler-gelmez
C) silib-süpürmək
D) gedib-gelmek
E) deyib-gülmək
Şəkilçilərdən biri həm nəqli keçmiş zaman, həm feli bağlama şəkilçisidir
A) -ib
B) -a...-a
C) -anda
D) -arken
E) -araq
Cümlələrin birində -ib şəkilçili söz feli bağlama deyil
A) Bağban gülləri sulayıb geri dondu.
B) Siyahını köçürüb qalan sənədləri qaydaya saldı.
C) Bütün pullar artıq xərclənib.
D) Anam otağa girib hər yeri sahmana saldı.
E) O, sözünü bitirib otağı tərk etdi.
Aşağıdakı şəkilçilərdən yalnız biri feli bağlama şəkilçisidir:
A) -acaq
B) -malı
C) -madan
D) -ıl
E) -ır
Hansı cümlədə feli bağlama işlənib?
A) Lalə dərsə gəlməyib
B) Əlaçı olmaq üçün çox çalışmaq lazımdır
C) Anam asılası paltarları götürdü
D) Mağazaya gedib kitab alacağam
E) Evə yollandım
Hansı fikir səhvdir:
A) Hərəkətin tərzini, zamanını bildirir
B) Təsdiq və inkarda olur
C) Cümlədə təklikdə zərflik ola bilməz
D) Feli bağlama hərəkət mənasını bildirir
E) Feli bağlama təsirli və ya təsirsiz olur
Hansı cümlədə axşıfeli bağlama tərkibi işlənmişdir?
A) Qabaqda gedən şad xəbər aparır
B) Allah dovşanı cəzalandırmaq istəyəndə ona cəsarət verir
C) Yaman günə səbr edən yaxşı günə tez çatar
D) Aygün sevinə-sevinə pilləkənləri cıxmağa başladı
E) Onu tanıyan da danışır, tanımayan da
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top