Tapılan ümumi test sayı : 13

Feli bağlama haqqında deyilənlərdən biri yanlışdır:
A) Feli bağlama başqa bir felə aid olmaqla, həmin felin bildirdiyi hərəkəti izah edir
B) Cümlədə daha çox təyin olur
C) Azərbaycan dilində feli bağlama şəkilçiləri çoxdur
D) Feli bağlamaları əmələ gətirən şəkilçilərə feli bağlama şəkilçiləri deyilir
Feli bağlamanın felə aid xüsusiyyətlərindən hansı səhvdir?
A) Təsdiq və inkarda olur
B) Cümlədə zərflik olur
C) Hərəkət bildirir
D) Təsirli və təsirsiz olur
Feli bağlamanın hansı şəkilçisi həm feli bağlama şəkilçisi, həm də zaman şəkilçisidir:
A) - araq2
B) - madan2
C) - ıb4
D) - anda2
Feli bağlama haqqında fikirlərdən biri düzgündür:
A) Felin qrammatik məna növləri üzrə dəyişə bilmir
B) Qaçıb gəlmək – birləşməsində qaçıb feli bağlaması gəlmək hərəkətinin necə icra edildiyini bildirir
C) Azərbaycan dilində feli bağlama şəkilçiləri yoxdur
D) Feli bağlama cümlədə təyin olur
Feli bağlama ilə bağlı fikirlərdən biri səhvdir:
A) Təsirli və təsirsiz olur
B) Feli bağlama da zərf kimi, felə aid olub hərəkəti izah edir
C) Zaman şəkilçiləri qəbul edir və şəxsə görə dəyişir
D) Feli bağlama cümlədə zərflik olur
Aşağıdakı şəkilçilərdən biri feli bağlama şəkilçisi deyil
A) -madan
B) -inca
C) -diq
D) -ar...-maz
E) -anda
Hansı feli bağlamadır?
A) deyib-gülmək
B) geler-gelmez
C) silib-süpürmək
D) gedib-gelmek
E) geder-gelmez
Şəkilçilərdən biri həm nəqli keçmiş zaman, həm feli bağlama şəkilçisidir
A) -arken
B) -a...-a
C) -anda
D) -ib
E) -araq
Cümlələrin birində -ib şəkilçili söz feli bağlama deyil
A) Bütün pullar artıq xərclənib.
B) Bağban gülləri sulayıb geri dondu.
C) Anam otağa girib hər yeri sahmana saldı.
D) O, sözünü bitirib otağı tərk etdi.
E) Siyahını köçürüb qalan sənədləri qaydaya saldı.
Aşağıdakı şəkilçilərdən yalnız biri feli bağlama şəkilçisidir:
A) -acaq
B) -ıl
C) -madan
D) -malı
E) -ır
Hansı cümlədə feli bağlama işlənib?
A) Evə yollandım
B) Mağazaya gedib kitab alacağam
C) Lalə dərsə gəlməyib
D) Anam asılası paltarları götürdü
E) Əlaçı olmaq üçün çox çalışmaq lazımdır
Hansı fikir səhvdir:
A) Hərəkətin tərzini, zamanını bildirir
B) Təsdiq və inkarda olur
C) Feli bağlama təsirli və ya təsirsiz olur
D) Cümlədə təklikdə zərflik ola bilməz
E) Feli bağlama hərəkət mənasını bildirir
Hansı cümlədə axşıfeli bağlama tərkibi işlənmişdir?
A) Allah dovşanı cəzalandırmaq istəyəndə ona cəsarət verir
B) Yaman günə səbr edən yaxşı günə tez çatar
C) Onu tanıyan da danışır, tanımayan da
D) Aygün sevinə-sevinə pilləkənləri cıxmağa başladı
E) Qabaqda gedən şad xəbər aparır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top