Tapılan ümumi test sayı : 5

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:
A) Çox, az, xeyli zaman zərfləridir
B) İndi, çoxdan, dünən və s zaman zərfləridir
C) Nə vaxt? nə zaman? suallarına cavab verir
D) Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
Zaman zərflərindən ibarət cərgəni seçin:
A) İndidən, gündəlik, həmişəlik
B) Həmişə, qabaqkı, həmişəki
C) Sonra, əvvəl, həmişə, tez, gec
D) Uzaq, yaxın, bayır, yan
Zaman zərfi hansı cümlədədir?
A) Dünənki gün unudulmazdır
B) Gecə ilə gündüz ildə iki dəfə bərabərləşir
C) Səhər açılır
D) Sabah günortadan sonra sizə gələcəyəm
Zaman zərfi haqqında fikirlərdən biri düzgündür:
A) Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
B) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
C) Zaman zərfləri felə aid olub, hərəkətin kəmiyyətini bildirir
D) Zaman zərfi hara? haraya? harada? suallarına cavab verir
Hansı cümlədə zaman zərfi işlənmişdir:
A) Məktəblilərin hazırladıqları gecə çoxlarının marağına səbəb oldu
B) Ordumuz gecə hücuma keçdi
C) Yavaş – yavaş axşam düşür
D) Axşamkı hadisə çoxlarının marağına səbəb oldu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top