Tapılan ümumi test sayı : 5

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:
A) Çox, az, xeyli zaman zərfləridir
B) İndi, çoxdan, dünən və s zaman zərfləridir
C) Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
D) Nə vaxt? nə zaman? suallarına cavab verir
Zaman zərflərindən ibarət cərgəni seçin:
A) İndidən, gündəlik, həmişəlik
B) Uzaq, yaxın, bayır, yan
C) Həmişə, qabaqkı, həmişəki
D) Sonra, əvvəl, həmişə, tez, gec
Zaman zərfi hansı cümlədədir?
A) Dünənki gün unudulmazdır
B) Sabah günortadan sonra sizə gələcəyəm
C) Səhər açılır
D) Gecə ilə gündüz ildə iki dəfə bərabərləşir
Zaman zərfi haqqında fikirlərdən biri düzgündür:
A) Zaman zərfləri felə aid olub, hərəkətin kəmiyyətini bildirir
B) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
C) Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
D) Zaman zərfi hara? haraya? harada? suallarına cavab verir
Hansı cümlədə zaman zərfi işlənmişdir:
A) Ordumuz gecə hücuma keçdi
B) Yavaş – yavaş axşam düşür
C) Məktəblilərin hazırladıqları gecə çoxlarının marağına səbəb oldu
D) Axşamkı hadisə çoxlarının marağına səbəb oldu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top