1. antonimi: incə
Qalın dodaqları gömgöy kəsilir; Canından istilik uçub əskilir (S.Vurğun); Gözəllərin gərək incə belləri; Qənddən, nabatdan şirin dilləri. Aşıq Qurbani
2. antonimi: nazik
Rade qoltuq cibindən köhnə cildli, qalın bir dəftər çıxardıb Silvaya göstərdi (S.Vəliyev); Qızın nazik, qırmızı dodaqları ağ sifətinə xüsusi bir gözəllik verirdi (S.Vəliyev)
3. antonimi: seyrək
Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu (M.İbrahimov); Seyrək kirpiklərindən yaş gilələndi (S.Qədirzadə)
Top