1. antonimi: qurumaq
Buradan mən görürəm çeşmələri qaynamaqda (A.Səhhət); Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub (C.Məmmədquluzadə)
2. antonimi: soyumaq
Həyət arı yuvası kimi qaynayırdı (İ.Şıxlı); Rüstəm kişinin aylarla içərisində gəzən nifrəti hələ soyumamışdı (M.İbrahimov)
3. antonimi: soyumaq
Samovar elə şiddətli qaynayır ki, guya ... bu saat hərəkət edəcək (C.Məmmədquluzadə); Çay soyumuşdu (Ə.Vəliyev)
Top