1. antonimi: pis
Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər (Mir Cəlal); Yaxşısı budur ki, nə pis iş tut, nə də pis söz eşit (M.İbrahimov)
2. antonimi: sakit
Lakin paltarları səhnəyə aparılmış arvadların qiyamətindən xəbərim yox imiş (H.Sarabski); Göy meşələr, sakit kəndlər, səs-küylü limanlar tamaşalı yerlərdir (S.Qədirzadə)
3. antonimi: şən
Hər günüm hicrində, ey məh, bir qiyamət tək keçər (S.Ə.Şirvani); Səhər şən və gümrah oyanmışdım (S.Qədirzadə)
Top