1. antonimi: bayğın
Xəfiyyə vaxtında üstünə düşüb, yaman ayıqdırlar ha! (M.İbrahimov); Qadınların bu hərəkəti, Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı (A.Şaiq)
2. antonimi: yuxulu
Lakin hər ayıq və zirək adamı ağıllı hesab etmək olmaz (M.Talıbov); Gecədir... Kənd yuxulu; nə işıq var, nə tüstü (S.Vurğun)
Top