1. antonimi: riyakarlıq
Onun baxışlarından bir səmimilik duyulurdu (H.Nadir); Mayaya elə gəldi ki, bu etiraf yalan və riyakarlıqla doludur (M.İbrahimov)
2. antonimi: saxtalıq
O, Əzizin sözlərini eşitdikcə ürəyi dağ boyda olur, sevgililərinin saf və səmimiliyinə inamı qat-qat artırdı (Ə.Vəliyev); Saxtalıq hökm edir daima; Bu necə dövrandır, həyatdır? (M.Rahim)
3. antonimi: soyuqluq
Onun mənə münasibətində səmimilik yoxdur (“Azərbaycan”); İndi mənə qarşı bu soyuqluq nədir? (C.Cabbarlı)
Top