1. antonimi: ciddi
Bu, adi yol hadisələrindən biri idi. Baba keşiş hiss edirdi ki, nə isə daha əsaslı, daha ciddi hadisə baş verib (Elçin)
2. antonimi: qəribə
Qısır Qarı adi adamlar kimi gəzə bilmirdi, həmişə yüyürürdü, həmişə qaçırdı (Elçin); Özünü qəribə adam kimi aparırdı (İ.Əfəndiyev)
3. antonimi: mürəkkəb
Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqə ilə saxlamışdı (Mir Cəlal); Bəli, mürəkkəbdir həyat səhnəsi; hər şeyi göz görüb seçə bilməyir! (H.Hüseynzadə)
Top