1. antonimi: alçaq
Alicənab adammış (S.Rüstəm); Elə bir alçağa ölüm də azdır! (S.Vurğun)
2. antonimi: kobud
Dərs alın, alicənab, sinəsi dəftər kişidən (S.Vurğun); Bağışla, Maya xanım, çox kobud adama rast gəlmisən (M.İbrahimov)
3. antonimi: nanəcib
Siz nə qədər alicənab, təvazökar adamsınız, Gülşən! (Ə.Vəliyev); Bu nanəcib işi ki sən görmüsən, acığını canından çıxmasam, mən heç kişi deyiləm (M.İbrahimov)
Top