Yox Vaqifin səsi, ünü,
Qara geydi toy-düyünü,
Xarı bülbülün yas günü
Məni göy otlar ağlasın.
Zirvələrin buzu, qarı,
Axıb gəlir mənə sarı.
Çıxıb Şuşadan yuxarı
Məni boz qurdlar ağlasın.

        Qarabağ! Azərbaycanımın dilbər guşəsi, musiqi beşiyi. Üzeyir, Cabbar, Xan vətəni, istedadlar diyarı!
        Bu səfalı torpaq xalqına Bülbül, Müslüm Maqomayev, Fikrət Əmirov, Xan Şuşinski, Sara Qədimova, Tükəzban Ismayılova, Qədir Rüstəmov kimi ustad sənətkarlar, şairə Nətavan vermişdir. Qarabağda dünyaya gələn hər kəsin mayası ana südü kimi musiqidən yoğrulmuşdur.

Keçmə şeirindən, musiqisindən,
Könlümün sevgisi bu oylaqdadır.
Qarabağda uşağı da vursan əgər sən.
Bil ki, «muğamat» üstə ağlayaçaqdır.

        Qarabağın təbiəti də bir musiqidir, ahəng tutub gözəlliyə meydan oxuyub, füsunkarlığı ilə ürəkləri fəth edir.
        Əsrlər boyu Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Bu gözəl və qədim torpaqda insanlar mehribancasına yaşamış, qurub yaratmışlar. Dağlıq Qarabağ Vilayətində qırxdan artıq millət yaşamışdır. Bəlkə də bizim zəifliyimiz bu olmuşdur. Qoynumuzda ilan bəsləmiş, erməni adlanan o mənfur insanlara qucağımızda yer açmışıq. Sovet hakimiyyətinin qurulduğu zamanlarda Zaqafqaziyada ermənilər Azərbaycanın qədim ərazilərinin bir hissəsini qəsb etməyə Ermənistana birləşdirməyə nail oldular. Dişi şirəyə batan millətçi ermənilər bundan sonra Dağlıq Qarabağı da Ermənistana birləşdirməyi qarşılarına məqsəd qoyaraq Azərbaycan xalqına qarşı hücuma başladılar.
        Elə o andan da Qarabağımızın qara günləri başladı. Qeyrətli Vətən oğulları bu savaşda canlarından keçərək Vətəni müdafiəyə qalxdılar. Çoxlu qəhrəman oğul və qızlarımızı şəhid verdik və təəssüf ki, hələ də verməkdəyik:

 
Mənim könlüm ağlayır ağlayanla birlikdə,
Qarabağda qaralar bağlayanda birlikdə.
70 illik yaşını silə bilmir Qarabağ,
Azadlıq gəldi, lakin gülə bilmir Qarabağ.
Qarabağda qan var, qan, ağlayır Azərbaycan,
Qarabağda qanlar bağlayıb Azərbaycan.
Qanlar qarı əritdi, çağlayır Azərbaycan.
Vəhşət bu, vəhşət, dünya, don bir bizə bax artıq!
Ya Qarabağ, ya ölüm, başqa yol yox artıq!

        Bu gün ürəyimiz, qəlbimiz Qarabağ həsrəti ilə tutuşub-yanır. Qarabağımız darda, düşmən əlindədir. Düşmən tapdağında olan bu diyar bizi köməyə, intiqama səsləyir. Şükürlər olsun ki, bizim hələ qələbəyə olan inamımız itməmişdir. Bu gün gənclərimizdə, ordu və xalqımızda qəhrəmanlıq eşqi, cəsarət və igidlik ruhu hakimdir. Bu gün həm qürur, həm də təəssüf hissi ilə qeyd etməliyik ki, vətən uğrunda canından keçib son nəfərinə kimi vuruşan, vətən bayrağını göylərə qaldıran Mübarizlərimiz, Fəridlərimiz, Samirlərimiz, Əhmədlərimiz, ilqarlarımız saysız-hesabsızdır. Onların şəhidliyi qəlbimizi həm qürurlandırır, həm də bizi dərdə-qəmə qərq edir.
        Hazırda bizim vətənpərvər hərbiçilər vətənimizin keşiyində qeyrət və dəyanətlə durub. Bütün bunlar ümid verir ki, işğalda olan Qarabağımız tezliklə işğaldan azad ediləcək, bu torpaqda sülh, əmin-amanlıq bərpa ediləcək. Analar oğullarını, bacı qardaşlarını, xanımlar həyat yoldaşlarını müharibədə itirməyəcəklər. O gün uzaqda deyildir. Bunun üçün böyüməkdə olan yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara vətən əxlaqı, vətənə sevgi və məhəbbət, xalqımızın keçmişinə, bu gününə, gələcəyinə sədaqət, onun maddi, mədəni, mənəvi sərvətlərinin mənimsədilməsi hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur:

 
Vətəni sevməyən insan olmaz
Olsa da ol şəxsdə vicdan olmaz.

        Vicdanlı, namuslu, vətəninə, elinə bağlı, onun bütün dəyərlərini özündən yüksəkdə tutan sağlam vətəndaş tərbiyə etmək hər bir şəxsin vəzifə borcu olmalıdır. Mənəvi dəyərlərimizin təbliğ və təşkilində Cənab Prezidentimizin apardığı siyasət gözəl nümunədir. Bu gün Vətən torpaqlarının keşiyində duran, qəhrəmanlıq göstərərək həlak olan gənclərimiz dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Onlara fəxri adlar verilir. Bu mübariz oğullar xalqımızın tarixi, mənəvi dəyərlərinə çevrilir, yaddaşlara həkk olunurlar.
        Heç vaxt Yer üzərində müharibə olmasın! Qoy Qarabağda müharibə bitsin. Bütün yer üzündə sakit səma bərqərar olsun! Bütün Yer üzünə doğan Günəş Qarabağımı zəfər şəfəqlərinə bürüsün! O gün lap yaxındadır. Biz dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparırıq. Ədalət gec də olsa mütləq qələbə çalacaq.
        Əminəm ki, qeyrətinə güvənib, cəsarət və hünərinə bel bağladığımız mərd, igid Vətən oğullarımız xalqımızı düçar olduğu bu Qarabağ dərdindən xilas edəcək. Illərlə həsrətilə alışıb yandığımız, ayrılmaz parçamız olan bu qədim, ulu torpağa qovuşduracaqdır.

 
Bax, o zaman
Könlüm keçir Qarabağdan.
Gaho dağdan, gah bu dağdan
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi!

        Zənguləsini bütün Azərbaycan Qarabağda vuracaqdır.
Top