Azərbaycan! Elim, obam, məskənim
Könlüm bu torpağın sorağındadır.
Əsl qəhrəmanlar, əsl igidlər
Doğma Azərbaycan torpağındadır.

        Həqiqətən də, Azərbaycan mərd oğul və qızları ilə fəxr edib öyünə bilər. Çünki Azərbaycanda hər cür qəhrəmanlıq göstərməyə qadir olan oğullar var. Hər bir vətəndaşın qanı coşmalı, sanki öz içindən hayqırmalıdır. Biz torpaqlarımızı düşmən tapdağından təmizləməli, azad etməliyik. Körpədən böyüyə kimi hamı müsəlləh əsgər kimi dayanmalıdır.
        Bizim güclü dövlətimiz var. ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuz da güclənir. Dövlət büdcəsindən ordunun ehtiyacları üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır ki, bu da Azərbaycan Silahlı qüvvələrinin maddi-texniki təminatının daha da möhkəmlənməsi, kadr hazırlığının daha da yaxşılaşması deməkdir. Zaman-zaman acınacaqlı olaylarla üz-üzə qalan, itkilər verən bir xalqın oğul və qızlarının sakit ömür sürməyə mənəvi haqqı varmı? Ana Vətənə düşmən gözləri dikilibsə, bütün el ayağa qalxmalı, düşmənin gözlərini oymalıdır.
        Biz haqlı olduğumuzu bütün dünyaya sübut etdik. Biz heç vaxt işğalçı mövqedə dayanmamışıq və heç vaxtda belə niyyətimiz olmayıb. Buna görə də biz torpaqiarımızı sülh yolu ilə azad etməyə çalışırıq. Əgər buna nail olmasaq hərb yolu ilə torpaqlarımızı canımızla, qanımızla azad etməyə hazırıq.
        Bizim hər birimizin ürəyində qələbə arzusu, işğal olunmuş doğma Qarabağımızın azad edilməsi arzusu vardır.
        Əliyar, Aslan, Etibar, Nazim, Mehti, Mübariz, Fərid, Əli kimi Milii qəhrəmanlarımızın davamçıları olan oğullarımız var.
        Mən inanıram ki, qüdrətinə güvəndiyimiz, cəsarət və hünərinə bel bağladığımız igid vətən övladlan xalqımızı bu bəladan xilas edəcək, bizi həsrətini çəkdiyimiz Qarabağımıza qovuşduracaqdır.

 
Könlüm keçir Qarabağdan
Gah o dağdan, gah bu dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Top