Mən yazıma atalar sözü ilə başlamaq istəyirəm: «Ağac meyvəsi, insan əməlləri ilə tanınar.»
        Həyat insana bir dəfə verilir. Həyatın sirri yaşamaqda deyil, nə üçün yaşamaqdadır. Insan daim öz-özünə sual verməlidir. Mən nə üçün və kimin üçün yaşayıram?
        İnsan çox da yaşayar, az da yaşayar. Ən uzun ömür, ən uzun həyat - zəngin yaşanmış həyatdır. Omrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır. İnsan üçün ən yaxşı həyat gözəl və mənalı yaşanmış həyatdır. Həyatı illərin sayı ilə deyil, fəaliyyətlə ölçmək lazımdır. Həyatının hər dəqiqəsini məzmunlu keçirən insan öz ömrünü uzadar.

 
Qabaqdan qalana dikmə gözünü
Qazan, comərd göstər daim özünü.
Qoy səni doydursun çəkdiyin əmək
Sənə öz hünərin eyləsin kömək.

        Həqiqətən də, insan öz işi, əməli ilə tanınar. Zəhmət çəkməyən, alın təri axıtmayan, kiminsə hesabına yaşamağa göz dikən insan heç vaxt yaxşı yaşaya biiməz. İnsan hər şeyə qadirdir. insanın əlindən heç bir iş qurtara bilməz. Insan yaşamaq üçün qurmalı, yaratmalı və mübarizə aparmalıdır. Zəhmət çəkib tər tökmək insana şöhrət gətirir, onu ucaldır. insan yalnız halal əməyi, işgüzar fəaliyyəti ilə həqiqi ucalığa, şirin səadətə çata bilər.
        Həyatda elə insanlar var ki, bütün ömrü boyu var-dövlət qazanmağa çalışır, özünü oda-közə vurub xəzinə toplayır. Millət üçün, xalq üçün xatırlanacaq, yadda qalacaq heç bir şey etmir. Belə insanların ölən günü də yaddan çıxır. İnsan gərək elə gözəl işlər görsün, elə gözəl əməl sahibi olsun ki, həmişə adı dillərdə hörmətlə çəkilsin. Oz işi, əməli ilə tanınan insanlar çoxdur.
        Mən yalnız H.Z.Tağıyevin adını çəkəcəyəm. Onun xeyirxah işi, əməli çoxdur. Onun tikdirdiyi gözəl arxitekturalı binalar indi də Bakının yaraşığıdır.
        H.Z.Tağıyev xalqımızın fəxri, örnəyidir. Xalqımız heç vaxt onu və onun xidmətlərini unutmayacaq, əbədi xatirə kimi yaşadacaqdır.
        Hər bir insan həyatda öz nəcib işi, əməli, mənalı həyatı ilə tanınır və özündən sonra bir iz qoyur.
Top