Kütləvi informasiya vasitələri - müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyilə insanlar qlobal bir toplumda birləşmişlər. Kütləvi informasiya vasitələrinin köməyilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqda məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir.
        Ən yaşlı kütləvi informasiya vasitəsi qəzetlərdir. Ilk qəzet b.e.ə. 59-cu ildə Romada nəşr olunan kağızda əl ilə yazılmış «Günün hadisələri» adlı vərəqə idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir. Ilk jurnallar qəzetlərdən və kitab tacirlərinin kataloqlarından təşkil olunmuşdur. Radio və televiziya isə yalnız keçən yüzillikdə meydana gəlmişdir.
        Kütləvi informasiya vasitələri arasında ən cəlbedicisi və ən çox əyləncə təqdim edən televiziyadır. Televiziya görüntü və səsi insanların birbaşa evlərinə çatdırır. Belə ki, kreslodan ayrılmadan dünyanın müxtəlif nöqtələrində baş verən hadisələri seyr etmək mümkündür.
        Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu rahatcasına özünlə daşımaq olar. Radioya qulaq asmaq insanlar üçün xoşdur, istər istirahət vaxtı, istər sükan arxasında və yaxud, küçədə gəzərkən. Radioda əsas əyləncə növü musiqidir.
        Qəzetlər, radio və televiziyada gedən xəbərlər xülasəsindən fərqli olaraq, baş vermiş hadisələr haqqında daha ətraflı və dolğun informasiya təqdim etmək imkanına malikdir. Qəzetlər daha çox hadisə və xəbərləri əhatə etmək iqtidarındadır.
        Jurnallar, əsasən, gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işıqlandırılması ilə məşğul olmurlar. Onlar keçən həftə ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən onlar qalın cildə malikdir və ən keyfiyyətli kağızda dərc edilir.
Top