Çox-çox illər əvvəl şəhərin küçələrində carçı qaçaraq xəbərləri qışqırardı. Lakin biz indi atom əsrində yaşayırıq. Bir çox hadisələr elə tez baş verir ki, artıq onlar bizə köhnəlmiş bir xəbər kimi gəlib çatır. Məhz buna görə də, dünyada baş verən hadisələr haqqında məlumatımız olsun deyə, bizə oxumaq daha çox tələb olunur. Oxumaq vaxtın əbəs yerə israf olmasına səbəb olmur.
        Siz nə vaxtsa heç fikirləşmisinizmi ki, görəsən əvvəllər insanlar hansı kitabları oxuyurdu? Kitabların kağız üzərində çap edilməsi son 500 ildən etibarən başlanmışdır. Bundan əvvəl kitabın işıq üzü görməsi üçün yeganə vasitə, onun əl ilə yazılması idi. Yazının ilk dəfə nə zaman yarandığı isə heç kəsə məlum deyil, lakin çöl mağaralarında və sümüklərdə tapılmış rəsmlər var ki, onların ən azı 25000 il yaşı vardır.
        Kağızın kəşf olunması kitabın inkişafında mühüm rol oynadı.
        Kağız düzəltmək bacarığının Avropaya XI əsrdə gəlməsinə baxmayaraq, 1423-cü ilə qədər Avropada çap işinə dair bir əsər-əlamət yox idi. 1440-cı ildə lohan Quttenberq adlı naşirin Strasburq şəhərində ilk dəfə olaraq kitab çap etməsi cəhdi məlumdur.
        Avropada kitab çap etmə bilgisi o qədər tez yayıldı ki, artıq 1487-ci ildə demək olar hər bir ölkədə artıq kitablar çap olunurdu.
        İngilis dilində ilk dəfə kitab çap edən şəxs Uilyam Kekston, Rusiyada isə ilk çap naşiri Ivan Fyodorov idi.
        Artıq XVI əsrdə kitabların forması müasir nəşr edilən kitablara daha çox bənzəyirdi və o zamandan etibarən onlar zahirən az dəyişikliyə uğramışdır.
Top