Günəşin doğması yay vaxtı çox erkən vaxtlara təsadüf edir. Günəşin şüalarının yerə saçması ilə təbiət yuxudan oyanır: quşlar şən halda cikkildəşir, yarpaqlar Günəşə doğru öz ovuclarını açır, əlvan rəngli kəpənəklər sevinc içində pırıltı ilə uçur, qarışqalar və böcəklər işə başlayırlar. isti və nəvazişkar şüaların təması nəticəsində meyvələr qızarır. Yeraltı şirələrlə qidalanan otlar güc-qüvvət toplayaraq Günəşə doğru qalxırlar.
        Günün ortasında Günəş ən yüksək nöqtədə sallanaraq qalır, hava daha da istiləşir, buna görə də ən yaxşısı - kölgədə oynamaq və ya göldə çimməkdir.
        Axşama tərəf hava istiləşir. Günəş artıq yorulub və öz yerini erkən Aya təhvil verir. Onların hər ikisi müəyyən bir vaxtda göydə görsənirlər. Sonra tədricən Ayın ətrafına ilk ulduzlar yığışır və göy daha qaranlıq və daha dərin olur. Yüngül külək yarpaqlara şəfəqə qədər asta-asta layla çalır, quşlar, gündüz kəpənəkləri, böcəklər və qarışqalar artıq gizlənirlər. Onların əvəzinə isə gecə kəpənəkləri və ağcaqanadlar görsənməyə başlayır.
Top