Qış səhəridir. Qar yağaraq yer üzünü ağappaq örtüklə bəzədi. Qar dənəcikləri sanki balaca ağ yumşaq ulduzlar kimi yerə tökülürlər. Küçədə rahatçılıq yarandı, elə bil ki, qar hər şeyi öz yerinə qoydu. Möcüzəçi qış bütün şəhəri yaraşıqlı xariqüladə hala salmışdır.
        Bu gözəl mənzərənin əks istiqamətində şəhərin kənarında boz bir ev dayanmışdır. Həmin evdə bu vaxt cavan bir oğlan yuxudan oyandı və nədənsə onun kefi həmişə yaxşı olmurdu. O çarpayıdan qalxaraq pəncərəyə yaxınlaşdı və buz bağlamış, üzərinə lopa-lopa qar yağan çayı gördü. Gənc oğlan gülümsədi, axı bu gün, o günlərdən biri idi ki, onun əhvali-ruhiyyəsi yaxşı idi. «Nə gözəldir!» - deyə o, fikirləşdi.
        Tarla! Sonsuz görünən ətiıii zümrüdü-yaşıl ot dənizi üzərində, müxtəlif yerlərdə əlvan rəngli güllərlə bəzənmişdir. Orada, ətirli güllərin arasında iki nəfər oturmuşdu. Ata öz qızını tarlaya güllərə tamaşa etməyə aparmışdır. Məsum üzlü qızcığaz, cingiltili uşaq səsi ilə atasına deyir: «Ata, güllər nə gözəldir!». «Bəli, ömrümün gülü-çiçəyi! Sənin kimi gözəldir!» - deyə ata mehribanlıqla cavab verir.
        Bəs nədir axı gözəllik? Onun haqqında çoxlu yazılmış, onu bütün zamanlarda vəsf etmişlər. Bəlkə o, qəşəng zahiri görkəmdir, bəlkə saf qəlbdir, bəlkə təbiət, bəlkə məhəbbətdir?           Bəli bunlar hamısı gözəllikdir, lakin mənim fikrimə görə, gözəllik ilk növbədə ahəng deməkdir. Hər bir şeydə olan ahəng və uyğunluq: xarici görünüşdə, qəlblərdə, təbiətdə, məhəbbətdə. Gözəllik hər bir yerdə mövcuddur, lakin hər adam onu sezə bilmir, ona diqqət yetirmir. Gəlin özümüzə və ətrafımıza diqqətlə baxaq, onda bizim birrəngli həyatımızda müxtəlif çalarlar və gözəlliklər görəcəyik. Axı «dünyanı gözəllik xilas edəcək!».
Top