Bir oğlan haqqında inşa yazıram, o, çoxdan oxuduğum kitabın qəhrəmanıdır. Onun adı Həsəndir. O adi bir oğlan idi və hamı kimi məktəbə gedirdi. O, digər uşaqlardan heç bir şeylə fərqlənmirdi. Lakin o, qəlbən başqa uşaqlar kimi deyildi.
        Bir dəfə Həsənin atası ona balaca bıçaq bağışlamışdı. Hədiyyə olunan bıçaq - cib bıçağı idi. Elə növ bıçaq idi ki, beləsini Həsən çoxdan arzulayırdı. Bıçağın dəstəyi gümüşü rəngdə və firuzəyi ilan formasında idi.
        Bıçaq üçdilli idi, hər bir tiyə yaxşıca itilənmiş idi və gün şüalarını qəşəng əks etdirirdi. Həsənin sevincinin həddi-hüdudu yox idi. Çünki, belə bir bıçaq heç kimdə yox idi.
        Bir dəfə Həsən bıcağı məktəbə gətirdi və uşaqlara göstərdi. Onlar heyrətdən donub qaldılar. Hamı belə bir bıcağın özündə olmasını istədi. Uşaqlar Həsəni nə qədər dilə tutsalar da, bıçağın müqabilində nələr təklif etsələr də Həsən razı olmadı və dedi ki, atamın hədiyyəsindən heç vaxt ayrılmaram. Heç belə qəşəng bıçaqdan ayrılmaqmı olar?
        Həsən «heç vaxt» sözünü deyərkən səhvə yol verdi, çünki o, bilmirdi və bilə bilməzdi ki, sabah nə baş verəcək. Baxın görün, nə baş verdi.
        Həsən həmişəki kimi məktəbə gəldi. Gün, adi günlərdə olduğu kimi keçirdi, bircə balaca quş əhvalatı olmasaydı.
        Balaca və əziyyət verilmiş quşu məktəbə dələduz Fərhad gətirmişdi. O, quşun ayağına nazik ip bağlamış və arabir ipi çəkir, quş isə qalxıb-düşürdü. Fərhad anlamırdı ki, balaca quş onun kimi bir canlıdır. Qəddar uşağın əlində balaca quş oyuncağa çevrilmişdi.
        Bu səhnəni gördükdə Həsənin ürəyi dözmədi. O, dərhal Fərhada yaxınlaşdı, dedi:
        - Axı, bu yazıq quş sənə nə edib? Ona niyə əziyyət verirsən?
        - Sən fikir eləmə, bu sadəcə bir quşdur! - deyə Fərhad şən halda onu cavablandırdı.
        - Quş da bir canlıdır, - Həsən ciddi formada ona dedi. Onun şənlənməyə qətiyyən halı yox idi. Buna görə də, zülmkarın əlindən quşu xilas etmək üçün, ona öz sevimli bıçağını təklif etdi. Fərhad Həsənin bu əməlindən çox təəccübləndi. O, gözünə inana bilmirdi ki, bir balaca quşun əvəzinə belə gözəl bıcağa sahib olmaq mümkündür. Həsənin etdiyi bu əməli, Fərhad səviyyəsində olan adam heç vaxt başa düzməzdi.
        Qar quşu Həsənin əlinə keçən kimi rahatçılıq tapdı. Həsən onu evə gətirdi. Balaca quş ac idi, Həsən onu yedizdirdi. O, belə qərara gəldi daha yaxşı olar ki, qar quşu azadlıqda yaşasın. Fikrini qətiləşdirən Həsən, onu pəncərədən çölə buraxdı. Qar quşu dərhal uçdu. O, bir budaqda oturaraq, oradan müəyyən bir müddət öz xilaskarına tamaşa edirdi, sanki onu baxışı ilə yola salırdı.
        Həsən əmin idi ki, düz addım atıb. Mən də onun bu əməlini dəstəkləyirəm. Qoy dünyada belə insanların sayı çox olsun. Gəlin, heyvanları sevək və onlara qayğı göstərək.
Top