Bəşər əsrlər boyu bəzi təbii hadisələrin heç cür izahını verə bilməmişdir. Bütün prosesləri başa düşüb anlamaq üçün, insan daim heyvanları, bitkiləri, havanı və digər təbii prosesləri tədqiq etmiş və edir. Məsələn, lap əvvəllər Günün tutulması insanları qorxuya salırdı.
        İllər keçir, insanlar isə apardığı tədqiqatlardan bəzi nəticələr əldə edirdilər. Elə insanın digər canlılardan fərqi ondan ibərətdir ki, insan tədqiqatlardan lazımi nəticələr çıxanr, öz həyatını rahatlaşdırmaq üçün kəşflər və ixtiralar edir, evləri və insanları zinətləndirən sənət əsərləri yaradırlar.
        Bəşər, keçdiyi çoxəsrlik tarix ərzində bir çox faydalı şeylər kəşf və ixtira etmişdir. Mənim fikrimcə, onlann içində ən əsası - təkərin ixtira edilməsidir. Tarixən təkər, elm və texnikanın bütün sahələrində tətbiq olunmuşdur.
        Elm - tərəqqinin hərəkətverici qüvvəsidir. Istedadlı və ixtiraçı insanların hesabına müxtəlif dövrlərdə müxtəlif xəstəliklərə qarşı dərman preparatları ixtira olunmuşdur. Bu preparatların vasitəsilə bəşər tif, taun, vəba, vərəm və s. qorxulu xəstəliklərin cəngindən qurtara bilmişdir.
        Böyük kəşf və ixtiralardan, alim tədqiqatları sayəsində bəşər XX əsrin ikinci yarısında kosmosu fəth edə bildi.
        Bəs kompyuterlər? Hal-hazırda onlarsız həyatı təsəvvür etmək olmur. Kompyuterlər insan fəaliyyətinin bütün sahələrində tətbiq edilir, evdə istifadədən başlayaraq, xəstəxanada xəstələri müalicə edən həkimlərin istifadəsinə qədər.
        İnsan anadan olduğu gündən ölənə qədər elm öyrənməyə davam edir. Peyğəmbərimiz (s) belə buyurmuşdur: «Beşikdən qəbrə qədər elm öyrənin».
        Bizim əsr - elm və texnika əsridir. Buna görə də həmişə elm öyrənmək, dərs almaq və oxumaq lazımdır ki, nəticə olaraq savadlı kadr kimi Vətənə xidmət edəsən. Bununla biz həm Vətənimizin iqtisadiyyatını çiçəkləndirərik və həmçinin, gələcək nəsillərə zəngin elmi-tədris institutları miras qoyarıq. Bütün bunlara nail olmaq üçün məktəb illərindən yaxşı oxumaq lazımdır. Axı elm, xırda-xırda, zərrə-zərrə toplanır. Necə ki, atalarımız demişdir: «Damadama göl olar».
Top