Bəşər həmişə Yerin cazibə qüvvəsini dəf etmək və digər planetləri gəzmək intizarında olmuşdur. Yalnız ötən əsrin altmışıncı illərində bu arzu reallaşaraq həyata keçdi!
        1961-ci ilin aprel ayının 12-də «Vostok» kosmik gəmisinin bortunda kosmosa insan buraxılmışdır. Bizim planetin ətrafında uğurlu surətdə bir dövrə vuraraq, o sağ-salamat Yer üzünə qayıtmışdı. Yerin cazibə qüvvəsini ilk yaran və planeti dövrə vuran ilk insan - Yuri Qaqarin olmuşdur. Əldə olunan bu elmi nailiyyət yeni kosmik erasını açaraq, tarixə qızıl hərflərlə yazılmışdır. Kosmik tədqiqatların nəticəsində dünya elmi sahəsində və texnikada çoxlu sayda kəşflər edilmişdir. Artıq kosmosa çoxlu sayda peyklər və kosmik laboratoriyalar buraxılmışdır. Nailiyyətlər sırasında, Ayda quraşdırılmış avtomat stansiyasını, kosmik laboratoriyaların Veneraya və Marsa edilən uçuşlarını misal göstərmək olar.
        Bu, kosmik gəmilərin bortunda insanın uçuşu ilə əlaqədar faktlar idi. Valentina Tereşkova kosmosa uçmuş ilk qadın-kosmonavt olmuşdur. 1965- ci ildə sovet eksperimental stansiyası, bortunda dörd kosmonavtla yer orbitasına, açıq fəzaya çıxmışlar. Ekspedisiyanın üzvü kosmonavt A.A.Leonov kosmik fəzaya çıxmış ilk insandır. Növbəti yeni uğurlu təşəbbüs isə, ilk dəfə Aya enmiş amerikan ekspedisiyası oldu.
        Sovet «Lunoxod»u, «Soyuz» avtomatik orbital stansiyası və digər kosmik laboratoriyalar kosmik tədqiqatların yeni dövrəsinə qədəm qoydular. ilkin eksperimentlərdən sonra, alimlər kosmosun sistematik tədqiqatlarına başladılar.
        Son zamanlar dünyada kosmosa ayrılan xərclərin azaldılmasına dair söhbətlər gəzişir. Mən belə fikirləşirəm ki, belə qərarı qəbul etmək böyük səhv olardı. Müxtəlif kosmik proqramların icrası və inkişafı ilə, Yer üzərində aparılan texnologiyaların təkmilləşdirilməsi və inkişafı arasında, bilavasitə əlaqə vardır. Aparılan proqram tədqiqatlar nə qədər yüksək təşkil olunursa, bir o qədər də texnologiyaların səviyyəsi daha da inkişaf edir.
Top