Məktəbi bitirmək millyonlarla məzun üçün müstəqil həyata qədəm qoymaq deməkdir. İrəli addımlamaq üçün qarşısında bir sıra yollar açılmışdır: texniki-peşə məktəbləri və texnikumlar, institutlar və universitetlər. Lakin dünyada mövcud olan 2000 peşədən birini seçmək elə də asan iş deyil. Bəzi şagirdlər öz valideynlərinin məsləhətlərinə qulaq asaraq əvvəlcədən hansısa peşəni seçirlər, digərləri isə məktəbi qurtardıqdan sonra seçim etmək məcburiyyətində qalırlar.
        Mən öz seçimimi artıq çoxdan etmişəm. Mən ədəbiyyat müəllimi olmaq istəyirəm. Mənim bu peşəni seçməyim səbəbsiz deyildi. Bütün məktəb illəri ərzində ədəbiyyat fənni mənim ən sevimli fənnim olmuşdur. Mən çoxlu sayda Azərbaycan, rus və xarici ədəbiyyat oxumuşam.
        Mən gözəl anlayıram ki, kitab oxumaq, insanların öz bilgilərinin artırılmasında və dünyəvi işlərinin həll edilməsində böyük rol oynayır. Mən istərdim ki, uşaqlar kitab oxumaqdan həzz alsınlar, kitab ədəbiyyatına yiyələnməklə milli və dünya mədəniyyətinin fəlsəfəsini anlasınlar.
        Məlum olduğu kimi, müəllimlik peşəsi ağır və məsuliyyətli bir sənətdir. Ona yüngül yanaşmaq olmaz. Müəllim bir şəxsdir ki, daim dərs verir və təbii ki, daim özü də nələrisə öyrənir. Müxtəlif peşə sahiblərinin iş vaxtı əsasən səhər 9.00-dan 17.00-a kimi davam edir. Lakin, müəllimin işi heç vaxt başa çatmır, axşam o, şagirdlərin dəftərlərini yoxlayır və növbəti dərslərə hazırlaşır.
        Müəllimlər şagirdləri tək öz fənlərindən hazırlaşdırmaqla kifayətlənmirlər. Bir pedaqoq olaraq, onlar öz şagirdlərinin şəxsiyyətinin və psixologiyasının formalaşmasında da əvəzedilməz işlər görürlər. Bu çox böyük məsuliyyətdir və dərs deyən müəllim özü gərək etibarlı və nümunəvi bir şəxs olsun.
        Bu, ilk baxışda görsəndiyi kimi, asan bir iş deyil. Lakin mən ümid edirəm ki, uşaqlara olan məhəbbətimlə universitetdə aldığım elmi biliklərin sintezi nəticəsində, qarşımda qoyulmuş məsuliyyətli məsələnin öhdəsindən gələ biləcəm. Mən sənədlərimi filoloji fakültəyə təqdim etmək fikrindəyəm və ümid edirəm ki, Allahın köməkliyi ilə, imtahanları müvəffəqiyyətlə başa vurum.
Top