Məzunlara gələcək karyeranı müəyyənləşdirmək rahat başa gəlmir. Bəzi şəxslər götür-qoy etmədən hər hansı bir ixtisasa sənəd verir və heç də fikirləşmirlər ki, seçdikləri peşə onların xoşuna gəlir, ya yox. Bununla yanaşı, sizin seçdiyiniz sənət və ömrünüzü həsr etmək istədiyiniz peşə sizi həmişə razı salmalıdır. Ona görə də, bu elə bir şey olmalıdır ki, sizin bacarığınız və qabiliyyətiniz çərçivəsində olsun.
        Mən, sənədlərimi sosiologiya fakültəsinə vermək və sosioloq ixtisasına yiyələnmək qərarına gəldim. Bizim məmləkətdə bu yeni peşələrdən sayılır. Bu peşə mənə çox maraqlı gəlir. Sosioloqlar daim insanlarla işləməli və onların çətin anlarında onlara kömək etməlidir.
        Hazırda bizim ölkənin iqtisadiyyatı inkişaf etməkdədir və qabaqda çoxlu həll edilməmiş problemlər var. Bir çox insanlar ya işsizdir, ya da aldıqlan məvacib onları qətiyyən qane etmir. Bəziləri yeni iqtisadiyyata keçid vəziyyətində uğur qazanmış, bəziləri isə uğursuzluğa düçar olmuşlar. Məhz sosioloqlar, həmin bu şəxslərin ağır şəraitdən çıxmasında yardımçı olmalıdırlar.
        Mən, bu peşənin məsuliyyətini və çətinliyini hiss edirəm. Lakin, mən inanıram ki, bu ixtisas həqiqətən lazımlıdır. Və mən ümidvaram ki, bu məsələnin öhdəsindən müvəffəqiyyətlə gələcəyəm və insanlara kömək edəcəyəm. Məgər bu, öz işindən razı olmaq üçün kifayət deyilmi?
Top