Çoxlu sayda maraqlı və savablı peşə növləri vardır. Mən həkim olmaq istəyirəm. Bu maraqlı bir peşədir.
        Mən başa düşürəm, həkim olmaq üçün çoxlu mütaliə etmək, öz üzərində işləmək lazımdır. Həmçinin, mən anlayıram ki, həkimlik sənəti böyük məsuliyyət tələb edir, çünki bu peşə insanın ən qiymətli sərvətlərindən biri - onun sağlamlığı ilə bağlıdır.
        Mənim anam və babam həkimdiıiər. Babam xəstəxanada həkim işləyir. Mən bir neçə dəfə onun çalışdığı xəstəxanada olmuşam və onun necə işlədiyini görmüşəm. İşdə onun əsas vəzifəsi cərrahiyyə əməliyyatlarını yerinə yetirməkdir. Hər bir cərrahiyyə əməliyyatından sonra o, pasiyentlər sağalana qədər onları müalicə edir.
        O, xəstələrin ona dediklərinə diqqətlə qulaq asır. Babam, pasiyentlərlə həmişə mülayim və həssaslıqla rəftar edir. Pasiyentlər bunu hiss edir və ona inanırlar və bununla da, onun işini rahatlaşdırırlar.
        Mən bilirəm ki, babam öz pasiyentlərinin hamısını sağlam görmək istəyir və onlar tam sağaldıqda, babam bir həkim kimi çox sevinir. Bunu mən dəfələrlə müşahidə etmişəm.
        Bundan əlavə, əgər kiməsə soyuq dəyibsə və ya qızdırması qalxıbsa, babam ona kömək edə bilir. Babam mənə həkimlərin fədakarlığı haqqında çoxlu olmuş əhvalatlar danışmışdır.
        Mən babamı sevir və ona dərindən hörmət bəsləyirəm və özüm də gələcəkdə həkim olmaq istəyirəm.
Top