Hamı dünyada sülhün bərqərar olmasını, xoşbəxt və qayğısız həyat haqda, maraqlı səyahət haqda, kimsəsiz ada haqda, dəyərli həyatı təmin edə biləcək iş yeri haqda arzular edir. Bəzi arzular elə xəyal olaraq qalır, bəziləri isə həyata keçir. Biz böyüdükdən sonra nəçi olacağıq - indi heç kəs bilmir, hətta biz özümüz də.
        Mən hüquqşünas olmaq istəyirəm, daha dəqiq desək, vəkil olmaq istəyirəm.
        Vəkil - çətinliyə və bəlaya düşmüş insanların dadına çatan adamdır. Müttəhimin gələcək taleyi vəkilin qurduğu taktika və strategiyadan çox asılıdır. Buna görə də vəkil məqsədyönlü, savadlı və ədalətli bir şəxs olmalıdır. İşin gedişatı vaxtı vəkil çoxlu çətinliklərlə üzləşir, müxtəlif cür insanlarla görüşür və hətta bəzən, işin yaxşı qurtarmasına ümidlə baxan müttəhimin təqsirsizliyini sübut etmək üçün canını təhlükəyə də atmalı olur.
        Lakin, bunlar hamısı - hələ sadəcə bir arzudur. Arzunun reallığa çevrilməsi üçün, çoxlu dərs oxumaq lazımdır. Elə bütün arzuların yerinə yetməsi üçün hərəkət etmək lazımdır. Məktəb elmləri rahatcasına əldə olunmur. Lakin, məktəb bizi düzgün yaşamağı öyrədir. Məktəb bizə, inadcıllığı, prinsipiallığı, israrlı olmağı və qarşıya qoyulan məqsədə nail olmağı öyrədir.
        Qoy, hər kəs, onun ürəyincə nədirsə, nə maraqlıdırsa - onu arzulasın. Qoy, onun arzıları çin olsun. Bax onda, o, insanlara daha çox fayda verəcək, dəyərli bir vəkil yetişəcək. O, öz işini sevəcək, ona müraciət edən müştərilərə hörmətlə yanaşacaq, şahidlərə və müttəhimə inam bəsləyəcək, icraatında olan işin uğurla nəticələnməsinə inanacaqdır.
        Mən çox arzulayıram ki, nə vaxtsa özəl detektiv agentliyində çalışım. Arzularımın reallaşması üçün mən çox səy edirəm. Arzuların reallaşması isə necə də böyük xoşbəxtçilikdir!
Top