Vəkil xalqın inandığı, etibar etdiyi insandır. Xalq öz içərisindən öz işi, əməli ilə sayılıb-seçilən adamı vəkil seçir. Həmin şəxs də seçildiyi dairəni, ərazini təmsil edir, onların elçisi sayılır. Bu da hər şəxsə nəsib olmur. Əgər belə bir xoşbəxtlik mənə nəsib olsaydı mən nə edərdim?        
        Mən təmsil etdiyim rayonda seçicilərlə tez-tez görüşlər keçirər, onların sosial problemlərinin həlli yollarını tapmağa çalışar, rifah hallarını yaxşılaşdırardım. Rayonda abadlıq işləri aparar, yollar çəkdirər, oranı daha da gözəlləşdirərdim.
        Mən Milli Məclisin iclaslarında irəli sürülmüş təkliflərə öz fikrimi bildirərdim. Elm, təhsil və səhiyyənin inkişafına əlimdən gələn köməyi əsirgəməzdim.
        Respublika Prezidentinin uzaqgörən və düzgün siyasətini daim əsirgəməzdim. Respublika dəstəkləyərdim.
        Beynəlxalq təşkilatlar qarşısında Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha sübut edərdim.
        Arzu edərdim ki, belə mötəbər kürsüdən çıxış etmək mənə nəsib olsun.
Top