Təhsil xəzinə, əmək isə onun açarıdır. Təhsilsiz adamlar həm kobud, həm kasıb, həm də mənasız olurlar.
        Elmin insan həyatında rolu böyükdür. Həqiqətən də, elm öyrənib ağıl, zəka sahibi olan insanın zənginliyini heç nə ilə müqayisə etmək mümkün deyil. Elmli insan cəsarətli olur, həyatın enişli-yoxuşlu yollarında büdrəmir, qarşısına çıxan çətinlikləri asanlıqla dəf edir. Elmin gücü ilə istənilən bağlı qapıya açar tapmaq mümkündür.
        Biz belə balaca olarkən arzularla yaşayırıq. ö z gəlinciyimizlə oynayanda gah müəllim, gah həkim oluruq. Biz böyüdükcə bu arzuları gerçəkləşdirməyə çalışırıq. Parta arxasında oturduqca özümüzü daha güclü, inamlı hiss edirik. Çünki müəllimlərimiz bizə elmin sirlərini öyrədir. Biz orta məktəbdə oxuyanda daha çox çalışırıq ki, gələcəkdə ali təhsil alaq, yaxud başqa bir peşənin arxasınca gedək. Çünki biz ali təhsil aldıqdan sonra vətənə, xalqa bir faydamızın dəyəcəyinə inanırıq və bu inam da bizi təhsilimizi davam etdirməyə sövq edir.                 Bununla yanaşı əsrimiz elmi-texniki tərəqqi əsridir. Elə bir əsrdə yaşayırıq ki, gərək bütün elmlərdən xəbərimiz olsun, yəni bu zamanın tələbidir. Müasir gənclər hərtərəfli böyüməli, formalaşmalıdırlar.
        Biz azərbaycanlı olmağımızla, Azərbaycanda yaşamağımızla fəxr edirik. Biz elə bir diyarın övladlanyıq ki, oxumalı, aramalı, axtarmalı, elmin yeniyeni zirvələrini fəth etməliyik. Dövlətimiz gənclərin təhsil alması üçün nə qədər vəsait ayırır, gənclərə hər cür şərait yaradır və qayğı göstərir. Biz gənclər də bundan bacarıqla istifadə edib, təhsilimizi davam etdirib, vətənimizə, xalqımıza layiq övlad olmalıyıq.
Top