Uşaqların həyatında ən mühüm şey - yaxşı valideynlərdir. Dünyaya gəlməyimizdə biz onlara borcluyuq, xüsusilə analarımıza. Onların qayğısını, nəvazişini və diqqətini hər zaman hiss etməkdəyik. Axı, uşaqları geyindirmək, yedizdirmək, yaxşı və pisin nə olduğunu anlatmaq, həyatda qazanılan təcrübə ilə onlarla bölüşmək, həyatda məqsədin müəyyən edilməsində köməklik göstərmək və onları layiqli bir övlad kimi tərbiyələndirmək lazımdır. Valideynlərin üzərinə böyük məsuliyyət qoyulmuşdur.
        Hələ erkən uşaqlıq illərindən anam məni səliqəli, mehriban, ürəyigeniş və əxlaqlı, davranışlı olmağı öyrətmişdir. Anam həmişə mənə, öz xasiyyətim üzərində işləməyi, qarşıya qoyulan məqsədə nail olmaq üçün əzmkarlıq göstərməyi, imanlı olmaq və böyüklərə hörmət etməyi tapşırmışdır.
        Mənim nənəm vardır. Anamın onunla necə hörmətlə davrandığının mən gündəlik şahidiyəm. Bu xasiyyət anamdan mənə də keçmişdir: mən qohumlara hörmət bəsləyir, böyüklərə və yaşlılara hörmət edirəm, imkan dairəsində onlara kömək edirəm. Anam mənə kitablara qarşı məhəbbət aşılayır, çünki bəşəriyyətin sahib olduğu ən qiymətli və dəyərli sərvət kitablarda toplanmışdır. Mən klassik əsərləri oxumağı sevirəm: Nizamini, Füzulini və s.
        Mənim sevimli anam, məni vətənpərvərlik ruhunda tərbiyə etmişdir. Anam mənə həmişə deyir: «Vətənsiz insan, qəfəsdə qalan bülbül kimidir». Hər il 20 Yanvar tarixində mən mütləq Şəhidlər xiyabanını ziyarət etməliyəm. Ora güllər qoyub ruhlarına «Fatihə» surəsi oxuyuram. Mən çox gözəl anlayıram ki, onlar bizim sakit və salamat həyat sürməyimiz uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olublar.
        Mən anamın zəhmətkeşliyinin şahidi oluram. Ona ev işlərində yardımçı olmağa çalışıram. Bəzən, anamla birgə biz Səməd Vurğun adına dram teatrına tamaşaya baxmağa gedirik. Sonra biz baxdığımız tamaşa haqqında fikir mübadiləsi aparırıq.
        Anam mənə musiqini başa düşməyi də öyrədir. O, hesab edir ki, insan həmçinin, estetik cəhətcə də inkişaf etməlidir.
        Hal-hazırda mənim həyatımda əsas vəzifə yaxşı təhsil almaqdır. Dərslərimə nəzarəti və ev tapşırıqlarını yerinə yetirilməsində köməyi mənə anam edir. Buna görə mən ona xüsusilə, minnətdaram. Birdən mən xəstələnəndə, o, səbir və diqqətlə mehribançılıq göstərərək mənim sağalmağıma yardım edir. O mənim əzizimdir.
        Mənim nail olduğum bütün uğurlara görə anama minnətdaram, ona bütün yaxşı əməllərinə görə təşəkkür edirəm. Mən çalışacağam ki, gələcəkdə də ona sevgi, məhəbbət və qayğı ilə yanaşım. Allah ondan razı olsun. Bəli, mənim anamın mehriban əlləri var. Mən onu dünyalar qədər istəyirəm.
        Peyğəmbərimiz (ə) ananın məqamı barəsində belə deyib: «Cənnət anaların ayaqları altındadır».
Top