Hər bir millətin öz çoxəsrli tarixi vardır və bu tarix, millətin keçdiyi müxtəlif dövrləri, işğalçılarla və azadlıq uğrunda mübarizəni əks etdirir.
        Tarixin bu əsərlərini ədəbiyyat qoruyub saxlamışdır.
        Qəhrəmanlıq eposu «Kitabi-Dədə Qorqud»da, «Koroğlu» dastanında qədim və orta əsr Azərbaycanın adət-ənənələri, xanlar arasında gedən daxili müharibələr, yadelli işğalçılara qarşı mübarizələr əks olunmuşdur.
        Azərbaycan şairləri öz millətinin tarixini şeirlərdə qələmə almışlar.
        Feodal zamanında yaşamaq xalq üçün çətin idi. Xanlar və bəylər kəndliləri, kasıb camaatı qəddarcasına istismar edirdilər. M.V.Vidadi «Müsibətnamə» şeirində cahil xanların şəhərləri və kəndləri necə qana qəltan etdiklərini təsvir etmişdir. Şairin vətəndaş acısı ilə dolu şeirində qəzəbli, qatı etiraz yetişir və onun sözlərində xalqın səsi eşidilir.
        Tarix boyu Azərbaycan bir çox dövlətlər tərəfindən işğal olunmuş və ya ərazisi digər ölkəyə birləşdirilmişdir: Ərəb xilafəti, monqollar, ruslar, iranlılar. Vətənin müdafiəsinə bir çox qəhrəmanlar qalxmışlar: Cavad xan, Qaçaq Nəbi və s.
        XX əsrin əvvəllərində dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabir yaşayıb yaratmışdır. O, öz satirik şeirlərində zamanənin cahil insanların eyiblərini məharətlə qələmə almışdır. Qeyd etmək lazımdır ki, bir əsr keçməsinə baxmayaraq, şairin şeirləri hələ də öz akutallığını itirməmişdir. «Molla Nəsrəddinw jurnalını dərc edən Cəlil Məmmədquluzadə xalqın maarifi və savadlanması mövzusunda məqalələr dərc edirdi.
        1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında Azərbaycan Demokratik Respublikası yaradılmış və 23 ay ömür sürmüşdür. Şairlərin yaratdığı bir çox şeirlər bu dövrü əhatə edir.
        Nəbi Xəzrinin yazdığı «Günəşin bacısı» şeiri çox gözəl və axıcıdır. Əsərin qəhrəmanı Sevil Qazıyeva Şərqdə ilk qadın-kombaynerdir, o, pambıq yığmaqla məşğuldur. O, əmək qabaqcılı olmuş və iş başında faciəli surətdə həlak olmuşdur. Şair onu, «Günəşin bacısı» adlandırmışdır.
        Mikayıl Müşfiq (İsmayılzadə) Azərbaycanın dahi şairlərindən biri olmuşdur. Qısa ömür yaşamasına baxmayaraq, onun poeziyası dillər əzbəri olmuşdur. O, çoxlu sayda poetik məcmuələr dərc etmiş və respublikada Azərbaycan dilinin bərqərar olması yolunda mübarizə aparmışdır. Gənc şair poeziya ilə nəfəs alıb, poeziya ilə yaşayırmış. Lakin, qəddar Stalin repressiyası ondan da yan keçmədi. Oz dilinin və millətinin vurğunu olan şairi şərləyib, «Vətən xaini» adı ilə güllələdilər. Müşfiqdən əlavə, bir sıra digər dahi Azərbaycan şairləri repressiyaya məruz qaldı: Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn. Cəllad Stalin aparatı, şüurlu və planlı surətdə millətin bütün işlək başlarını bir-bir aradan götürürdü.
        Mikayıl Müşfiqin yazdığı «Tar», «Qafqaz» əsərləri çox tanınmışdır.
        Hüseyn Cavid bir çox dəyərli əsərlərin müəllifidir. Şairin bu iki beyti, hələ də öz aktuallağını saxlamaqdadır.

 
Dinsizliklə kəsb olunan mədəniyyət,
Vəhşiliyin qorxulu səhrası deyilmi?


        İkinci Dünya müharibəsi Azərbaycandan da yan keçmədi. Altı yüz minə yaxın soydaşımız cəbhəyə yollandı. Onların yarıdan çoxu evə qayıtmadı. Bəziləri Sovet ittifaqı qəhrəmanı adına layiq görüldülər. Səməd Vurğun qanlı və faciəli müharibəyə aid bir sıra əsərlər yaratmışdır. «Qırmızı şahinlər», «Qəhrəmanın rəşadətiw, «Azərbaycan oğluna». Istehkamçı Kamal Qasımov, təyyarəçi M.Abbasov, Sovet ittifaqı qəhrəmanı Israfil Məmmədov qəhrəmanlıq və şücaət göstərərək canlannı fəda etmişlər.
        Qarabağ. Bizim sağalmayan yaramız. Qarabağ uğrunda müharibə 1988-ci ildə başlamışdır. On minlərlə qaçqın, yetim qalan uşaqlar və viran edilən obalar - bu elan olunmamış müharibənin, yağı düşmənin təcavüzünün acı yekunlandır. Vətənin ən layiqli övladları onun müdafiəsinə qalxdılar, onların bir hissəsi qəhrəmancasına şəhid oldu. Şuşa, Ağdam, Xankəndi, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl və Vətənimizin digər yaşayış məntəqələri erməni cəlladları tərəfindən işğal edildi.
        Keçdiyimiz bu tarixi yol bizim poeziyadan yan keçə bilməzdi. Xalqın taleyi onun poeziyasında əks olunmuşdur. B.Vahabzadə, N.Xəzri, F.Qoca və digər şairlər Qarabağ mövzusuna müxtəlif əsərlər həsr etmişlər.
        Amma başıbəlalı Azərbaycan xalqını heç kəs diz çökdürə bilməyəcək.
Top