Mənim vətənim! Sən, öz saysız-hesabsız meşələrin, çayların və dağlarınla necə də gözəl və zənginsən! Bununla bərabər, sən həmçinin, dahi incəsənət xadimləri ilə və sənin bu gözəlliklərini qələmə alaraq vəsf edən şairlərinlə də zənginsən. Bizim şairləri başqa millətlər də tanıyır. Bunlar - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Vidadi, Vaqif və digər dühalardır. Onlar öz vətənlərinin həqiqi vətəndaşları olmuş və xalq qarşısında öz borclarını vicdanla yerinə yetirmişlər.
        Nizami Gəncəvi! Kim onun «Xəmsə»si ilə tanış deyil?! Görəsən kim «Xosrov və Şirin» kimi şah əsərini tanımır?! Məncə hər bir özünə hörmət edən insan bunları bilməlidir. Nizami - dahi şair, abid, zahid, vətənpərvər və ilahi aşiqdir. O, Azərbaycanın çoxəsrli mədəniyyətinin ən parlaq nümayəndəsidir.
        «Xosrov və Şirin» - dünya poeziyasının ən ali əsərlərindən biridir. Dahi Nizami, saf bir məhəbbətlə sevən Şirinin etibarlılığını təkrarolunmaz məharətlə qələmə almış və onun yarı uğrunda canını fəda etmə səhnəsini, qəlbi riqqətə gətirəcək sürətdə vəsf etmişdir. Bəs Fərhad?! Nizami onun surətini necə də gözəl vəsf edərək yaratmışdır, etibarlı Şirin uğrunda qəhrəmanlıqlar göstərən Fərhad, oxucunun ruhunu cuşa gətirir. Həqiqətən Nizami - azadlıq və insan səadəti uğrunda mübarizdir.
        Onun əsərləri dünya ədəbiyyatının qızıl fonduna aiddir. Nizami fəlsəfəsinə görə, insanın ali məqsədi - öz əməlləri ilə dünyanı zinətləndirməkdir. «Müdrikliklə faydalı ol, yaxşılıq etməklə dünyanı gözəlləşdirən ol!»
        Digər dahi şairimiz olan Məhəmməd Füzuli, Yaxın və Orta Şərqin tarixində parlamış bir ulduzdur. O, bütün vücudu ilə vətəninə məhəbbət bəsləmiş və öz şeirləri ilə yetim və kimsəsiz insanlara, yoxsullara, müdafiəsizlərə, haqqı basılanlara kömək etmək və ədaləti bərqərar etmək istəmişdir. Onun zamanında cəmiyyətdə mövcud olan bəzi qeyri-ədalətli adətləri dahi şair şeirlərində tənqid atəşinə tutmuş və bədxahların qınağından qorxmamışdır. Onun yaradıcılığının şah əsəri - «Leyli və Məcnun»dur. Əsər iki aşiqin bəlalı məhəbbətini əks etdirir. Cəmiyyətdə hökm sürən bəzi mövhumatçı və dünyagir qanunların qurbanı olan iki gənc bir-birilə ailə qura bilmirlər. Allaha olan eşqini, iki gəncin timsalında təcəssüm etdirən dahi Füzuli belə yazır: «Eşq - saf bir hissdir, fitri bir çeşmədir, o, nə alınar, nə də satılar». Bəzən də böyük arif olan dahi Füzulini «Eşq Bağbanı» adlandırırlar. Şair Allaha olan eşqini «Leyli və Məcnun»da belə izhar edir:

 
Məndə Füzun aşiqlik istedadı var,
Aşiq mənəm, Məcnunun yalnız adı var.

        M.Şeyxzadə belə yazırdı: «Ey aşiqi-bağban! Sən nəğmələrdə həmişə yaşayacaqsan!». Humanizm, vətənpərvərlik, ədalət və xeyirxahlığı tərənnüm edən Azərbaycan ədəbiyyatı zəngin, dərin və genişdir.
        Bəs bizim Səməd Vurğun və Müşfiqimiz?! M.Müşfiq Azərbaycan dilinin təsdiq edilməsi uğrunda davamlı və dönməz bir mübariz kimi məşhurdur. O, Nizami, Firdovsi, Ömər Xəyyam, Puşkin, Lermontov və digər yazıçı və şairlərin şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun tərcümələri beş cild toplusunda çap edilmişdir. Ən maraqlısı odur ki, bütün bunları qısa bir ömür - 28 il ərzində yerinə yetirmişdir. Poemalar və xalq dilində satirik nağıllar yazan dahi şairi 28 yaşında ikən cəllad Stalin rejimi, «xalq düşməni» damğası ilə güllələdi.
        Mənim ən sevimli şairlərimdən biri - öz diyarının aşiqi olan Səməd Vurğundur (Vəkilov). Xalqı və onun təbiətini tərənnüm və mədh edən şair, onu azad və zəngin görmək istəyirdi. O, ana dilinə A.S.Puşkinin «Yevgeni Onegin» poemasını və «Qız və ölüm» romanlarını tərcümə etmişdir. Onun şah əsəri olan «Azərbaycan» şeiri bütün dünyada məşhurdur.
        Mən fəxr edirəm ki, bizim məmləkətimizdə dahi şairlər yaşamış və yaşamaqdadır və bütün dünya onların yaratdıqları əsərləri oxuyur və zövq alır.
Top