Artıq neçə illərdir Azərbaycan öz tarixinin ağır səhifələrini yaşayır. Azərbaycan xalqına qarşı elan olunmamış müharibə davam edir. Bizim sakit həyatımıza qəflətən soxulan müharibə, çoxlu dərd-sər və bəlalar gətirdi. Müharibəyə səbəb - ermənilər tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı olmuşdur. Qabaqcadan hazırlanmış mənfur planlar haqqında Azərbaycan xalqı tamamilə xəbərsiz idi. Yağı düşmən neçə illərdir ki, çirkin planlar çızmış, Qarabağı və ətraf rayonları ələ keçirmək üçün planlar qurmuşdur. Hər bir hiyləyə, yaltaqlığa əl atan ermənilər, xarici diasporların və daxili satqınların köməyi ilə, təəssüf ki, öz iyrənc planlarını həyata keçirə bildilər.
        Ermənistan ərazisindən azərbaycanlıları ilk dəfə 1988-ci ildə qovmağa başladılar. Yüzillərlə dədə-baba torpağında yaşayan soydaşlarımızı öz diyarlarından vəhşicəsinə qovdular. Aybaay qaçqın axını sürətlənirdi. Bəziləri qarlı dağları keçərkən həlak olmuşdular.
        Bu hadisələrdən çox keçməmiş, 1990-cı ildə qanlı Yanvar hadisəsi baş verdi. Və yenə də yüzlərlə şəhid, yaralı və əlillər verdi Vətənimiz. Gözəl Dağüstü parkın yuxarı hissəsi xalqın anım yeri olan Şəhidlər xiyabanına çevrildi.
        1992-ci iln 26 fevral tarixi Azərbaycan xalqının tarixinə qara səhifə kimi daxil oldu. Xocalının tarixini Böyük Vətən müharibəsi zamanı viran edilmiş Xatın kəndi ilə və ya Israil sionistləri tərəfindən Fələstində tamamilə yerləyeksan edilmiş Səbra və Şətilə düşərgələri ilə müqayisə etmək olar. Bu gün Azərbaycan şəhəri olan Xocalı yerlə-yeksan edilmişdir. Şəhərin sakinlərini tankdan, pulemyotdan və avtomatdan açılan atəşlərlə gülləbaran edilib qətlə yetirmişdilər. Ölənlərin sayı yüzlərlə idi.
        Hal-hazırda vətənimiz ağır günlərini yaşayır. Müharibə hələ sona yetməmiş və biz işğal olunan torpaqlarımızı hələ də qaytarmamışıq. Lakin müdrik və qəhrəman xalqımız çox səbirlidir və bu belə çox gedə bilməz.
        Bu illərdə vətənimizin keşiyində çoxlu qəhrəman və mübariz oğul və qızlarımız şəhid olmuşlar. Canlarını vətənin müdafiəsi uğrunda fəda edən şəhidlərin qanı hələ də yerdə qalmaqdadır. Lakin mən əminəm ki, çox keçməz, qara buludlar doğma diyarımızın üstündən çəkilər və biz düşmənlərimizi işğal olunan torpaqlarımızdan qovacağıq. Allah bizə bu işdə qüwət versin!
Top