Mən çox götür-qoy etdim ki, görəsən hansı əmək prosesinin təsvirini verim. Lakin birdən yadıma düşdü ki, yaxın zamanlarda stomatoloqun qəbulunda olmuşam və çalışacağam orada gördüklərimi qələmə alım.
        Həkim-stomatoloqlar bir çox insanların keçirdikləri iztiraba son qoyurlar və onlara kömək edirlər. İnsanların çoxusu müntəzəm olaraq stomatoloqlara müraciət edirlər.
        Yaxın zamanlarda mən növbəti dəfə stomatoloqun qəbulunda oldum. ilk olaraq mən foyedə olan kürsüdə əyləşərək, məndən qabaq gəlmiş pasientin çıxmasını gözləyirdim. ilk növbədə stomatoloq əllərini sabunla yudu. Sonra, stomatoloji alətlərin səliqə ilə düzülmüş stola yaxınlaşaraq, oradan hansısa balaca güzgüsü olan bir aləti götürüb mənim xəstə dişimi müayinədən keçirdi. Müayinədən sonra, həkim astaca əlindəki alətlə xəstə dişin üstündə xırdaca tıqqıldatdı və bormaşının köməyi ilə xəstə dişin üstünü yondu. Mən dözdüm və heç bir səs çıxarmadım. Insafən, elə də bir ağrı da yox idi, sadəcə adam müəyyən diskomfort hiss edirdi. Bundan sonra həkim balaca steril şüşəni götürdü və onun üzərinə balaca bir qabdan xüsusi bir toz məhlulu tökdü, sonra isə onun üstünə şəffaf maye artırdı. Onları birbirinə qarışdırdıqdan sonra, dişin plomblanması üçün müvafiq həmcins məhlul hazır oldu. Nəhayət, məhlul tam hazır olduqdan sonra onu ehmalca dişin arasına yerləşdirdi. Xəstə diş artıq plomblanmışdır və bir daha mənə əziyyət verməyəcəkdir.
        Bundan əlavə, mən A.P.Çexovun bir əsərində diş həkiminin əməyinin təsvirini oxumuşam. Orada pasientin xəstə dişinin necə çəkilməsi təsvir edilmişdir.
        Mənim fırkimcə, istənilən hər bir əmək, əgər cəmiyyətə xeyir və fayda gətirirsə, zəruri və təqdir olunandır.
Top